THIS CONTENT HAS BEEN ARCHIVED

IMAGINE Avropa Tolerantlıq Festivalı

11.10.2017
Teaser

Roma Müqaviləsinin 60 illik yubileyi münasibəti ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərinin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri, İsveçrə, Norveç, Peru, İsrail, Meksika, Argentina, Kuba və Braziliyanın səfirlikləri, Park Cinema, Landmark Hotel, DocuBaku, "United Cultures", Baku Media Centre, YARAT ilə birgə əməkdaşlıq çərçivəsində və Turkish Airlenes-ın, Asan radio 100 FM-in dəstəyi ilə ilk IMAGINE Avropa Tolerantlıq Festivalını təşkil edir. IMAGINE Avropa Tolerantlıq Festivalının əsas məqsədi mədəniyyətlərarası dialoq və tolerantlıq kimi dəyərləri müxtəlif incəsənət nümunələrində əks etdirməkdir.

Main Image
Text

IMAGINE Avropa Tolerantlıq Festivalı 2017-ci il, oktyabr ayının 12-dən 20-ə qədər Bakıda keçiriləcək və bir çox müxtəlif tədbirləri özündə birləşdirəcək: musiqi tamaşaları, debatlar və müzakirələr, film nümayişləri, foto və video müsabiqəsi, incəsənət sərgiləri və s. IMAGINE çərçivəsində bir sıra tanınmış rejissorlar, musiqiçilər və digər sənətkarların iştirakı gözlənilir. 

Kino bölməsi xüsusi aktuallığa malikdir. Tolerantlıq və müxtəliflik mövzusunu özündə əks etdirən 20 Avropa sənədli filmi DokuBaku Beynəlxalq Sənədli film Festivalı çərçivəsində təqdim olunacaq. DokuBaku Beynəlxalq Film Festivalı dünyanın hər yerindən seçilmiş məşhur sənədli və reallığa əsaslanan filmləri Azərbaycan tamaşaçılarına nümayiş etdirəcək. İlk dəfə keçiriləcək olan Festivalın əsas mövzusu sosial və mədəni məsələlərə qarşı yeni yanaşmanı araşdıran Reallığın Yoxlanılmasıdır. 

Bundan əlavə, bu il "Sosial Dəyişiklik üçün Kino" proqramının beşinci buraxılışı Imagine və DocuBaku Festivalının bir hissəsi kimi həyata keçiriləcək. "Sosial Dəyişiklik üçün Kino" mühüm sosial və siyasi məsələləri özündə əks etdirən və Polşa Səfirliyinin birgə əməkdaşlığı ilə Adam Mickievicz İnstitutu tərəfindən təşkil olunan beynəlxalq film layihəsidir. 

Imagine, DokuBaku və Sosial Dəyişiklik üçün Kino-nun birgə əməkdaşlığı qeyri-adi tədbirə həyat verir və Bakının müasir, tarixi kino zallarında və kafelərində dünyanın 20 ölkəsindən olan 40-dan cox filmi izləmək imkanı verir.Əlavə olaraq, Azərbaycan tamaşaçılarını sənədli film janrına marağını artırmaq üçün, Festival yerli film istehsalçılarını sənədli film istehsalına və nümayişinə cəlb edir və bu işdə onlara öz dəstəyini əsirgəmir. Film nümayişi yerli və beynəlxalq kino mütəxəssislərinin iştirak etdiyi və müxtəlif sosial mövzuların müzakirə olunduğu debatlar və müzakirələrlə tamamlanır. 

Imagine və DokuBaku yerli aktyor və film istehsalçılarına bu festivalda iştirak etmək imkanı verir. Imagine tolerantlıq mövzusunda foto/ video müsabiqə keçirir, DokuBaku isə öz müsabiqə proqramı üçün ölkədə və xaricdə yaşayan Azərbaycanlı rejissorlar tərəfindən çəkilən qisa metrajlı sənədli filmlərin qəbulu üçün çağırış elan edib.

Post category
News stories
Editorial sections
Azerbaijan