Aİ-Azərbaycan Biznes Forumu

Aİ-Azərbaycan Biznes Forumu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən COWI Beynəlxalq Konsaltinq Qrupu, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, İtaliya-Azərbaycan Ticarət Palatası, İnvestBaku və AZPROMO-nun birgə təşkilatçılığı ilə hibrid formatda 17 May 2022-ci il tarixində Fairmont Bakı Hotelində keçiriləcəkdir.

Avropa İttifaqı Nümayəndəliyinin hər il keçirdiyi öncül bir tədbir olan Aİ-Azərbaycan Biznes Forumunun əsas məqsədi Aİ və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda biznes mühiti və investisiya imkanları haqqında məlumatlılığın gücləndirilməsi, dövlət - özəl sektor arasındakı dialoqun təşviqi ilə potensial biznes tərəfdaşlığı üçün birbaşa əlaqələrin qurulmasının asanlaşdırılması və bizneslər arasında şəbəkələşmənin artırılmasından ibarətdir.

Forumda iştirak etmək istəyən bütün şəxslər vəzifəsindən, ölkəsindən və təmsil etdiyi şirkət və ya qurumdan asılı olmayaraq qeydiyyatdan keçməlidirlər. Bütün müraciətlər nəzərdən keçiriləcək və daha sonra e-poçt vasitəsilə dəvət məktubları göndəriləcəkdir.

Qeydiyyat üçün buraya klikləməyiniz xahiş olunur.

Qeydiyyat üçün son tarix: 6 May 2022

* İştirak yalnız təşkilatçılar tərəfindən təsdiq edildikdə mümkündür.

 

Bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.

Ətraflı məlumat üçün: www.euazbusinessforum.az