European Union External Action

EEAS RSS Feeds

Displaying 1 - 10 of 12

Avropa İttifaqının Azərbaycanla münasibətləri 1999-cu ildən qüvvədə olan Aİ-Azərbaycan Tərəfdaşlıq
və Əməkdaşlıq Sazişinə əsaslanır. Siyasi dialoqa və hər iki tərəf üçün faydalı əməkdaşlığa yeni təkan
vermək üçün 2017-ci ilin fevral ayından etibarən Aİ və Azərbaycan yeni çərçivə sazişinə dair danışıqlara
başlayıb. Azərbaycan Aİ-nin vacib enerji tərəfdaşıdır və Xəzər dənizinin enerji resurslarının Aİ bazarlarına
çatdırılmasında mühüm rol oynayır.

Bu il Fundamental Hüquqlar Xartiyasının 10 illiyini və BMT-nin Uşaq Hüquqları Konvensiyasının 30 illiyini qeyd edirik. Dünyada hüquqlar hələ də bu çağırış olaraq qalır. İnsan hüquqlarının pozulmasında əsas qurbanlar xüsusilə də uşaq və gənclərdir. Onlar sığınacaq axtarmağa məcbur qalır, əsgər kimi səfərbər olunur, işləməyə məcbur qalır və ya öz iradələrinə qarşı ailələrindən ayrılırlar.

Avropa İttifaqının Xarici Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının Vitse-Prezidenti vəzifəsinə təyin olunmağımdan şərəf duyuram.

Estoniyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində 2017-ci il oktyabrın 25-dən 27-nə kimi Tallində Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Konfransı ilə yanaşı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 9-cu illik toplantısı keçiriləcək.

Bu gün Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən Estoniya Aİ-nin Şərq tərəfdaşlığı proqramına üzv ölkələrdə elektron idarəçiliyin inkişafı və kibertəhlükəsizliyin gücləndirilməsi məqsədilə keçirilən konfransa ev sahibliyi edəcək. Bu konfransdan sonra oktyabrın 5-də Şərq tərəfdaşlığı proqramına üzv ölkələrin nazirlərinin rəqəmsal iqtisadiyyata dair ikinci görüşü, nöbəti gün isə Aİ-nin nazirləri səviyyəsində elektron hökumət konfransı baş tutacaq.

2017-ci il sentyabrın 13-də Kiyevdə Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin 2-ci Media Konfransı keçiriləcək. Tədbirin məqsədi Avropa İttifaqının (Aİ) şərq tərəfdaş ölkələrində jurnalistlərin üzləşdiyi problemlərin artmasına diqqət cəlb etməkdir.

Pages