European Union External Action

Dağlıq Qarabağ: Mülki insanları hədəf alan son hücumlara dair Mətbuat katibinin bəyanatı

Brussels, 29/10/2020 - 13:43, UNIQUE ID: 201029_8
Statements by the Spokesperson

Avropa İttifaqı, Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağda və onun ətrafında döyüşlərin hələ də davam etdiyini və mülki şəxslərin hədəf alındığı barədə getdikcə daha çox məlumatın alınmasını qeyri-məqbul hesab edir.

Avropa İttifaqı, münaqişənin tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən mülki insanların həyatını qorumaq barədə öhdəliklərini xatırladır. Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün gecikmədən substantiv danışıqlara başlamağa çağırır.

 

Redaksiya Bölmələri: