European Union External Action

Dağlıq Qarabağ: Avropa İttifaqı adından Ali Nümayəndənin Bəyannaməsi

Brüssel, 11/10/2020 - 19:40, UNIQUE ID: 201020_9
Press releases

Aİ Ermənistan və Azərbaycan arasında humanitar atəşkəsə dair 10 oktyabrda əldə edilmiş razılaşmanı alqışlayır. Aİ tərəfləri bu sazişə ciddi şəkildə əməl etməyə çağırır və xarici tərəflər də daxil olmaqla bütün iştirakçıları daha çox itkiyə səbəb ola biləcək tədbirlərdən çəkinməyə çağırır. Bu baxımdan, mülki obyektlərə qarşı hərbi tədbirlərin davam etməsi və mülki vətəndaşlar arasında itkilərin olması barədə məlumatları son dərəcə narahatlıqla nəzərə alırıq və tərəfləri döyüş bölgəsində razılaşmaya tam hörmətlə yanaşmağa çağırırıq.

Aİ tərəfləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında təxirə salınmadan, ilkin şərtlər olmadan və razılaşdırılmış prinsiplər əsasında substantiv danışıqlara başlamağa çağırır.

Aİ ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin danışıqlar yolu ilə siyasi həlli istiqamətindəki işini dəstəkləməyə və bölgədə davamlı sülhün olması naminə səy göstərməyə davam edəcəkdir.

Redaksiya Bölmələri: