European Union External Action

“MEDİASİYA TƏLİMÇİLƏRİNİN TƏLİMİ” İLƏ BAĞLI ELAN

26/11/2019 - 08:03
Konfrans/seminarKurslar və seminarlarAİ-nin maliyyələşdirdiyi layihələr

Aİ-nın Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən “Mübahisələrin alternativ həlli mexanizmlərinin tətbiqində və əhaliyə hüquqi yardım göstərilməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin institusional potensialının artırılması” layihəsi çərçivəsində “Mediasiya təlimçilərinin Təlimi” təşkil ediləcəkdir.

Təlim azərbaycan və ingilis dillərində olmaqla nüfuzlu ekspertlər tərəfindən 21-24 yanvar 2020-ci il tarixlərində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Ədliyyə Akademiyasında keçiriləcək. İştirakçıların bir qismi aidiyyəti qurumlarının namizədliyini irəli sürdüyü, bir qismi isə bu elan nəticəsində müraciət etmiş şəxslər arasından seçiləcəkdir.

Təlimdə iştirak etmək istəyən şəxslər 10 dekabr 2019-cu il tarixinədək öz CV-lərini motivasiya məktubu ilə birgə adrazerbaijan@gmail.com elektron poçt ünvanına göndərməlidirlər (ingilis dilində olması arzuolunandır). İştirakçılara qoyulan tələblərə buradan baxa bilərsiniz. Seçim meyarları və təqdimi aşağıda nəzərinizə çatdırırıq.

Tələblərə cavab verən və təlimi uğurla tamamlamış iştirakçılar ADR Centre (İtaliya) tərəfindən beynəlxalq mediasiya təlimçisi kimi sertifikatlaşdırılacaq və gələcəkdə mediasiya təlimi qurumu kimi qeydiyyatdan keçmiş təşkilatlarda mediasiya təlimi keçmək hüququ əldə edəcəklər.

*Xahiş edirik, nəzərə alasınız ki, bu təlim məhz mediasiya təlimçilərinin təlimidir. Mediatorların təlimi isə müvafiq rəsmi mediasiya təlimi qurumu müəyyən edildikdən sonra həmin qurumda keçiriləcəkdir.

Əlaqə vasitələri: adrazerbaijan@gmail.com, Tel: +994 50 240 90 74, +994 12 409 90 12

Mediasiya Təlimçilərinin Təlimi (Təqvim və Meyarlar) əlavə olunur:

PDF iconannex_tot_selection_-_az.pdf

21/01/2020 - 24/01/2020


Baku

Baku
Azərbaycan

Editorial Sections: