European Union External Action

Azərbaycanda penitensiar sahədə islahatlara əlavə dəstək-2

03/09/2019 - 09:49
Rule of Law

Layihənin ümumi məqsədi Avropa Şurası standartlarına uyğun olaraq Azərbaycanda məhkum edilmiş şəxslərin insan hüquqlarının müdafiəsinin gücləndirilməsidir. Layihə çərçivəsində əsas diqqət cəzaçəkmə müəssisələrinin effektiv idarə edilməsi, cəzaçəkmə müəssisələrində səhiyyə xidmətlərinin göstərilməsi və məhbusların cəmiyyətə yenidən inteqrasiyası məsələlərinə yetiriləcəkdir.

Gözlənilən nəticələr:

  • Cəzaçəkmə müəssisəsinin effektiv idarə olunması və dinamik təhlükəsizlik tətbiq edilir və cəzaçəkmə müəssisəsi personalı yeni alətləri praktikada tətbiq etmək bacarığına malikdir;
  • Cəzaçəkmə müəssisələrində səhiyyə xidmətlərinin göstərilməsi yaxşılaşdırılır və Avropa standartlarına uyğunlaşdırılır; 
  • Vətəndaş cəmiyyəti təşkilatlarının dəstəyi ilə məhbusların cəmiyyətə yenidən inteqrasiyası gücləndirilir.
Editorial Sections: