European Union External Action

Transfer Qiymətlərinin Müəyyən Edilməsi və Vergidən Yayınma Hallarına Qarşı Tədbirlərin İşlənib Hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə Dəstək

30/10/2018 - 09:16
Better Public Services

Layihənin təsviri Layihənin məqsədi Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən səmərəli transfer qiymətləndirməsi qanunvericiliyinin tətbiqi və müvafiq sahə üzrə audit prosesinin həyata keçirilməsinə nail olmaqdır. Layihə 24 aylıq bir dövrü əhatə edir. Həmçinin, transfer qiymətləndirməsinə dair qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması və ən qabaqcıl təcrübələrə əsaslanan auditin aparılması məqsədilə lazımi resursların formalaşdırılması üçün Vergilər Nazirliyinə dəstək veriləcəkdir.

Mütləq nəticələr
 Transfer qiymətləndirməsi qanunvericiliyinin Avropa İttifaqı standartlarına uyğun hazırlanması;
 Transfer qiymətləndirməsi sahəsində
“Vergitutma məqsədləri üçün qiymətlərin əvvəlcədən razılaşdırılması (APA)” və “Qarşılıqlı Qazılaşma Proseduru” sisteminin hazırlanması;
 Avropa İttifaqı standartlarına uyğun olaraq transfer qiymətləndirməsinin tənzimlənməsi sahəsində inzibati nəzarət mexanizmlərinin yaradılması və bu sahədə Vergilər Nazirliyinin institusional potensialının artırılması.

Redaksiya Bölmələri: