European Union External Action

EEAS tender müsabiqələrində iştirak etmək üçün necə müraciət edilməlidir

28/02/2017 - 08:33
Overview

Tender müsabiqələrindən biri ilə maraqlanırsınız? EEAS tender müsabiqələrində iştirak etmək üçün necə müraciət edilməsinə baxın.

Az və orta dəyərli tender müsabiqələri

Əgər az və orta dəyərli tender müsabiqələrindən biri ilə maraqlanırsınızsa, əlaqə məlumatlarınızı:

  • firmanın adı,
  • poçt ünvanı,
  • əlaqədar şəxs,
  • e-poçt ünvanı

hər tender üçün müəyyən edilmiş e-poçt ünvanına göndərməklə öz marağınızı ifadə edə bilərsiniz. Sizi maraqlandıran tenderin başlığını və ya mövzusunu göndərəcəyiniz e-məktubun "mövzu" sətrinə yazın.

Maraqların ifadə edilməsi üçün son möhlət başa çatdıqdan sonra siz iqtisadi operatorlar siyahısına əlavə ediləcəksiniz və sizə tender üçün təklifin necə təqdim edilməsi haqqında məlumatla birlikdə tender müsabiqəsinə dəvətnamə göndəriləcək.

Yüksək dəyərli tender müsabiqələri

Əgər yüksək dəyərli tender müsabiqələrindən biri ilə maraqlanırsınızsa, Avropa İttifaqının Rəsmi Jurnalını izləyin, orada kontraktlara dair bildiriş dərc ediləcəkdir. Tender təklifinin necə təqdim edilməsi barədə məlumatlar tender müsabiqəsi başladıldıqda, kontrakt. 

Aşağıda, hesablanmış müqavilə dəyərindən asılı olaraq, kontraktların kateqoriyasına dair bəzi mühüm məlumatlar verilmişdir Avropa Xarici Əlaqələr Xidməti (EEAS), o cümlədən Aİ Nümayəndəlikləri Aİ-nın ümumi büdcəsinə, onun Tətbiq Qaydalarına, habelə dövlət sifarişləri üzrə kontraktların təltif edilməsi prosedurlarının əlaqələndirilməsinə dair Aİ direktivlərinə tətbiq edilən Maliyyə Reqlamentinin müddəalarına tabedir.

Məbləği 1000 Avrodan çox malların, xidmətlərin və işlərin satın alınması üçün kontraktlar tender müsabiqəsi əsasında bağlanmalıdır. Hesablanmış müqavilə dəyərindən asılı olaraq, kontraktlar aşağıdakı kateqoriyalara bölünür:

  • Çox az dəyərli kontraktlar: Məbləği 1000 Avro və 15000 Avro arasında olan işlər, xidmətlər və mallar üçün kontraktlar;
  • Az dəyərli kontraktlar: Məbləği 15000 Avro və 60000 Avro arasında olan işlər, xidmətlər və mallar üçün kontraktlar;
  • Orta dəyərli kontraktlar: Məbləği 60000 Avrodan çox xidmətlər, mallar və işlər üçün kontraktlar, məbləği 144000 Avrodan az xidmətlər və mallar üçün kontraktlar, və məbləği 5548000 Avrodan az işlər üçün kontraktlar;
  • Yüksək dəyərli kontraktlar: məbləği 144000 Avrodan çox xidmətlər və mallar üçün kontraktlar, və məbləği 5548000 Avrodan çox işlər üçün kontraktlar;

Az və orta dəyərli tender müsabiqələrində iştiraka dəvət elanları EEAS və Aİ Nümayəndəliklərinin veb-saytlarının "Tenderlər" bölməsində təqdim edilir. Nəzərə alın ki, yalnız EEAS və ya Aİ Nümayəndəliyi tərəfindən birbaşa dəvət edilmiş iqtisadi operatorların (e-poçt, poçt və ya kuryer xidməti vasitəsilə tender müsabiqəsində iştirak üçün dəvətnamə alanlar) tender təklifləri qiymətləndiriləcəkdir.

Yüksək dəyərli tender müsabiqələrində iştiraka dəvət elanları Avropa İttifaqının Rəsmi Jurnalında dərc edilməlidir. Tender təklifinin necə təqdim edilməsi barədə məlumatlar tender müsabiqəsi başladıldıqda, kontrakt bildirişində dərc ediləcəkdir.

Redaksiya Bölmələri: