European Union External Action

Avropa nağılları

23/08/2021 - 16:11
Miscellaneous

“Avropa nağılları” kitabında Avropa İttifaqına üzv olan iyirmi yeddi dövlətin xalq nağılları toplanıb. Kitab Azərbaycandakı uşaqlara Avropanın müxtəlif xalqlarının tarixini, mədəniyyətini, köklərini, ənənələrini və Avropa dəyərlərini kəşf etməyə kömək edəcəkdir. Saysız-hesabsız müharibələrdən təsirlənən Avropa bu gün sülhün qorunmasına çalışır. Bu sülh isə bir-birimizi başa düşməkdən, fərqliliklərə hörmət etməkdən, oxşarlıqlarımızı tapmaqdan və əməkdaşlığı inkişaf etdirməkdən keçir. Qoy bu kitab parlaq və dinc bir gələcəyə aparan nəcib yolda hər birimizə kömək olsun. “Avropa nağılları” Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin maliyyə dəstəyi ilə hazırlanıb. Kitab satış üçün nəzərdə tutulmayıb.

Editorial Sections:

Author