European Union External Action

Aİ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNƏ DAİR FAKTLAR VƏ STATİSTİK RƏQƏMLƏR

Bruxelles, 10/05/2019 - 10:08, UNIQUE ID: 160621_3
Factsheets

Avropa İttifaqının Azərbaycanla münasibətləri 1999-cu ildən qüvvədə olan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Siyasi dialoqa və hər iki tərəf üçün faydalı əməkdaşlığa yeni təkan vermək üçün 2017-ci ilin fevral ayından etibarən Aİ və Azərbaycan yeni çərçivə sazişinə dair danışıqlara başlayıb. Azərbaycan Aİ-nin vacib enerji tərəfdaşıdır və Xəzər dənizinin enerji resurslarının Aİ bazarlarına çatdırılmasında mühüm rol oynayır.