St Pierre and Miquelon

Aİ-Azərbaycan Biznes Forumu 2018-2019 üçün dəstək

03/09/2019 - 10:25
Private Sector Development

Hər il keçirilən Aİ-Azərbaycan Biznes Forumu Aİ-Azərbaycan biznes əlaqələrinin təşviqi məqsədilə Avropa və Azərbaycan şirkət və hökumətinin yüksək vəzifəli nümayəndələrini bir araya gətirən müzakirə və şəbəkə platformasıdır. Aİ Biznes Mühiti Hesabatı mühüm islahatların nailiyyətlərini və qalan zəif məqamlarını vurğulayaraq Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmaq üçün şəraitləri dəyərləndirir. Aİ-Azərbaycan Biznes Ziyafəti və Şam Yeməyi tədbiri əsasən Avropalı auditoriya (Aİ şirkət, Aİ diplomatik missiyaları və beynəlxalq təşkilatların nümayəndələri) arasında Aİ Biznes Mühiti Hesabatını təqdim edir. Əsas məqsəd aşağıdakılardır: • Aİ və Azərbaycan şirkətləri arasında iqtisadi əməkdaşlığın inkişafına təşviq məqsədilə strukturlaşdırılmış ictimai dialoqun yaradılmasını dəstəkləmək; • Azərbaycanda biznes mühitinin maarifləndirilməsini və Aİ şirkətləri üçün investisiya imkanlarının genişləndirilməsi.

Əldə edilən nəticələr

  • Aİ-Azərbaycan Biznes Ziyafəti və Şam Yeməyi tədbiri 4 iyun 2018-ci il tarixində keçirilmişdir. Tədbir Avropa auditoriyası arasında hesabatın nəticələrini müzakirə etmək üçün mükəmməl bir fürsət yaratmış və iştirakçılar üçün yaxşı şəbəkə imkanları təqdim etmişdir.
  • 4-cü Aİ-Azərbaycan Biznes Forumu 5 iyun 2018-ci il tarixində keçirilmişdir. Biznes Forum Azərbaycanın işgüzar gündəmində mühüm hadisəyə çevrilmişdir. 2018-ci ildə çox yaxşı iştirak sayısı əldə olunmuş (700+ iştirakçı) və böyük media işıqlandırılması həyata keçirilmişdir. Natiqləri yüksək vəzifəli nazir və nazir müavinləri heyətinin tədbirdə iştirakı tədbirin əhəmiyyətini göstərir.
  • Tədbirin rəsmi açılışında Aİ Biznes Mühiti Hesabatı 2018 təqdim olunmuşdur. Azərbaycan hökumətinin mühüm nümayəndələri (Vergilər, Miqrasiya, Gömrük, İqtisadiyyat və Prezident Administrasiyası) bu dərin araşdırmanın nəticələri barədə öz fikirlərini təqdim etmişdir.

Рэдакцыйныя раздзелы: