Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi (ADSMİRRA)

03.09.2019

Layihənin ümumi məqsədi regionlarda yaşayanlar üçün yeni iş imkanlarının yaradılmasını dəstəkləmək məqsədilə mikrosahibkarlığın əsasının qoyulması və inkişaf etdirilməsidir.

Layihənin əsas məqsədi Gəncə - Qazax, Quba - Xaçmaz, Şəki - Zaqatala və Kür - Araz (Aran) İqtisadi Zonalarında sahibkarlıq bacarıqlarını artırmaq, bazar imkanlarını genişləndirmək və maliyyə dəstəyini təmin etməklə öz bizneslərinə başlamaq və genişləndirmək üçün kəndli mikro sahibkarların bilik və bacarığını gücləndirməkdir.

Planlaşdırılan nəticələr

  • Ən azı 500 sahibkar maliyyə savadlılığı səviyyəsini və maliyyə idarəetməsi bacarıqlarını yaxşılaşdırdı;
  • Ən azı 150 sahibkar biznes idarəçiliyi bacarıqlarını artırdı;
  • Maliyyə dəstəyi ilə təmin edilmiş ən az 50 sahibkar təcrübəli biznes konsultantların məsləhətlərindən  istifadə etmişdir;
  • 100 sahibkara layihə çempionu olaraq bazarlara çıxış imkanı yaradılır;
  • Maliyyə savadlılığı təlimçilərinin bilik  və bacarığı gücləndirilir;
  • Təcrübə və öyrənilən dərslər sənədləşdirilir;
  • Maliyyə Savadlılığı proqramının keçirilməsi ilə bağlı təcrübə paylaşılacaqdır.

Əldə olunmuş nəticələr

  • 268 sahibkar maliyyə savadlılığı haqqında biliklərini genişləndirmiş və maliyyə idarəetməsi üzrə bacarıqlarını inkişaf etdirmişdir.