Delegation of the European Union to Ukraine

5-ci Şərq Tərəfdaşlığı sammiti

24/11/2017 - 09:50
Xəbərlər

5-ci Şərq Tərəfdaşlığı sammiti Brüsseldə (Avropa binası) 24 noyabr 2017-ci il tarixində keçiriləcək.

Mətbuat üçün əlaqə
Preben Aamann
Aİ Şurası Prezidentinin ofisi
Sözçü
+32 22815150
+32 476850543
 
Alen Taverriti
Mətbuat katibi
+32 22813684
+32 475635962

 

Media üçün məlumat (İngilis dilində)

5-ci Şərq Tərəfdaşlığı sammiti Brüsseldə (Avropa binası) 24 noyabr 2017-ci il tarixində keçiriləcək.

Aİ-nin üzv dövlətləri və altı Şərq tərəfdaş ölkənin dövlət və ya hökumət başçıları gələcək əməkdaşlığı müzakirə edəcəklər. Onlar həmçinin, Şərq tərəfdaş ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək, ötən il Riqada keçirilən sammitdən sonrakı nailiyyətləri qiymətləndirəcəklər.

Şərq Tərəfdaşlığına doğru nəticələrə yönəlmiş yanaşmanı dəstəkləmək üçün Aİ 2020-ci ilə kimi əldə olunacaq 20 əsas nəticəni müəyyənləşdirib. Əsas mərhələlər isə məhz Brüsseldə keçirilən sammitlərdə müəyyənləşdiriləcək.  

Bu hədəflərə nail olmaq üçün Şərq Tərəfdaşlığının 2015-ci il Riqa sammitində razılaşdırılmış dörd prioritet sahədə əməkdaşlıq həyata keçirilir:

  1. Daha güclü iqtisadiyyat: İqtisadi inkişaf və bazar imkanları;
  2. Daha güclü idarəçilik: İnstitutların gücləndirilməsi və yaxşı idarəçilik;
  3. Daha yaxşı əlaqələr: Əlaqələr, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi;
  4. Daha güclü cəmiyyət: Mobillik və insanlar arasında əlaqələr.

Vətəndaş cəmiyyəti təşkilatlarının geniş dairəsi ilə yaxşı təşkil olunmuş əməkdaşlıq gender bərabərliyi və qeyri-diskriminasiya sahələrində irəliləyişə səbəb olur. Bundan başqa, bütün sahələrdə daha aydın və xüsusi strateji kommunikasiya həyata keçirilir.  

  1. 2020-yə kimi 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması
  2. Aİ-AZƏRBAYCAN MÜNASİ-BƏTLƏRİNƏ DAİR FAKTLAR
  3. Aİ Azərbaycanda bizneslərin genişlənməsinə kömək edir

Əsas parallel tədbirlər

Şərq Tərəfdaşlığı yalnız hökumətlər arasında əlaqələrdən ibarət deyil. Gənclər, yerli hökumətlər, vətəndaş cəmiyyəti, media, bizneslər və digərlər maraqlı tərəflər müvafiq parallel tədbirlərdə fəal iştirak edirlər.

Bu tədbirlər Aİ Şurasına sədrlik edən Estoniya ilə tərəfdaşlıq əsasında sammit çərçivəsində ilboyu təşkil olunur

  • 3-cü Şərq Tərəfdaşlığı Gənclər Forumu 22-23 iyun 2017-ci il tarixində Varşavada keçirilib. 300 iştirakçı fəal vətəndaşlıq və gənclərin qərarların qəbul olunması prosesinə cəlb olunması mövzularında müzakirələr aparıb. Onlar gənclər siyasətlərinə dair bir sıra tövsiyələr qəbul ediblər.

Şərq Tərəfdaşlığı Gənclər Forumu

3-cü Şərq Tərəfdaşlığı Gənclər Forumunun tövsiyələri (İngilis dilində)

  • Şərq Tərəfdaşlığı üçün Regional və Yerli Hökumətlər Konfransı özünün illik toplantısını sentyabrın 12-də Brüsseldə keçirib. Tədbir zamanı əsas diqqət Şərq Tərəfdaşlığı ölkələrində yerli hökumətlərlə dərinləşən əlaqələrin vacibliyinə yönəlmişdi.  

Regional Və Yerli Hökumətlərin Konfransı

  • 2-ci Şərq Tərəfdaşlığı Media Konfransı 13 sentyabr 2017-ci il tarixində Kiyevdə baş tutub. Konfrans zamanı əsas diqqət medianın inkişafı və müasir zamanda peşəkar jurnalistikanın ehtiyaclarına yönəlmişdi. Tədbirə 350-dən çox iştirakçının qatılması medianın ifadə azadlığı sahəsində üzləşdiyi problemlərin miqyasını göstərib. 

Şərq Tərəfdaşlığı Media Konfransı

  • Şərq Tərəfdaşlığı Elektron Tərəfdaşlıq Konfransı 4 oktyabr 2017-ci il tarixində Tallində keçirilib. Tədbir Şərq Tərəfdaşlığı ölkələrində elektron idarəçiliyin inkişafı sahəsində əldə olunan müsbət nəticələri nümayiş etdirib. Regiondakı vəziyyəti qiymətləndirən iştirakçılar həmçinin  gələcək planları müzakirə ediblər. Bu tədbir üçün Şərq Tərəfdaşlığı ölkələrində kiberfəzanın təhlükəsizliyi və elektron demokratiya mövzusunda hesabat hazırlanmışdı.

Şərq Tərəfdaşlığı Elektron Tərəfdaşlıq Konfarnsı  

Vəziyyətin icmalı: Şərq Tərəfdaşlığı ölkələrində kiberfəzanın mühafizəsi və təhlükəsizliyi, elektron demokratiya (İngilis dilində)

  • Aİ-nin Gənclər Konfransı 23-26 oktyabr 2017-ci il tarixində Tallində keçirilib. İlk dəfə idi ki, Şərq Tərəfdaşlığı ölkələrini təmsil edən 12 gənc tədbirdə iştirak edirdi. Onlar Avropa gənclərini bu gün narahat edən məsələləri müəyyələşdirmək və onları aradan qaldırmaq üçün fikir mübadiləsində iştirak etmək üçün 250-yə yaxın digər gənc təmsilçi və siyasətçi ilə bir araya gəlmişdi.

Aİ Gənclər Konfransı

  • Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Konfransı 25-26 oktyabr 2017-ci il tarixində Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətinin 9-cu illik toplantısı ilə birlikdə keçirilib. Tədbir zamanı əsas diqqət hökumətlərlə vətəndaş cəmiyyəti arasında münasibətlər, demokratik idarəçilik, dezinformasiyaya qarşı mübarizə və elektron həllər kimi mövzulara yönəlmişdi.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Konfransı

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 9-cu illik toplantısı

  • Şərq Tərəfdaşlığı Biznes Forumu 26-27 oktyabr 2017-ci il tarixində Tallində keçirilib. İştirakçılar idarəçilik proseslərinin yenidən müəyyənləşdirilməsi yollarını və rəqəmsal iqtisadiyyatlar üçün bazanın yaradılmasını müzakirə ediblər. Müzakirələr zamanı həmçinin beynəlxalq bizneslər üçün sərhədlərarası ticarət, logistika, elektron kommersiya və maliyyələşmə diqqət mərkızində olub. Aİ və Şərq Tərəfdaşlığı ölkələrindən olan 500-dən artıq biznes rəhbəri, dövlət rəsmisi və siyasətçi tədbirdə iştirak edib.

Bu tədbir çərçivəsində Aİ ilə Avropa İnvestisiya Bankı (AİB) arasında anlaşma imzalanıb. Bu sənəd AİB-ə ilk dəfə Ukraynaya yerli valyutada kredit ayırmağa imkan verəcək. AİB və Avropa İnvestisiya Fondu (AİF) yerli banklarla Aİ-nin dəstəklədiyi daha üç təminat anlaşması imzalayacaqlar. Bunun məqsədi Gürcüstan, Moldova və Ukrayna bizneslərinin təcili ehtiyaclarına cavab verməkdir.

Şərq Tərəfdaşlığı Biznes Forumu 

 

Şərq Tərəfdaşlığı haqqında

Şərq Tərəfdaşlığı Aİ, onun üzv dövlətləri və Azərbaycan, Belarus, Er           mənistan, Gürcüstan, Moldova və Ukrayna daxil olmaqla altı Şərq Tərəfdaş ölkəni bir araya gətirən birgə təşəbbüsdür.

Avropa Qonşuluq Siyasəti (AQS) 2004-cü ildə Aİ-nin qonşu ölkələri ilə münasibətləri üçün çərçivə kimi ərsəyə gətirilib. Şərq Tərəfdaşlığı isə AQS üçün ikitərəfli və çoxtərəfli formatlara malik xüsusi şərq ölçüsü kimi yaradılıb.

Aİ ilə onun altı Şərq Tərəfdaş ölkəsi arasında münasibətlərinin çərçivəsini Assosiasiya sazişləri, eləcə də Assosiasiya gündəlikləri və Tərəfdaşlıq prioritetləri kimi müvafiq ikitərəfli anlaşmalar tənzimləyir.

2014-cü ildə imzalanmış Assosiasiya sazişləri, eləcə də Dərin və Hərtərəfli Azad Ticarət Zonalarına dair sazişlər Aİ ilə Gürcüstan, Moldova və Ukrayna arasında münasibətləri yeni səviyyəyə daşıylb. Bu sazişlərin məqsədi siyasi assosiasiya və iqtisadi inteqrasiyanı gücləndirməkdir. Bunlar Tərəfdaş ölkələrin qanunvericiliyi və standartlarının Aİ-yə uyğunlaşdırılması istiqamətində ciddi islahatların həyata keçirilməsini nəzərdə tutur. Ən vacibi isə odur ki, bu sənədlər vətəndaşların həyatlarının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması məqsədini daşıyır. Diqqətəlayiq nümunələrdən biri 2017-ci ildə Gürcüstan və Ukrayna ilə, 2014-cü ildə isə Moldova ilə viza rejiminin aradan qaldırılmasına dair qərarın qüvvəyə minməsidir.

Təşəbbüsün və siyasətin fərqliliyini vurğulayan AQS-in 2015-ci ildəki icmalı nəticəsində Azərbaycan, Belarus və Ermənistanla münasibətlərə dair fərdi yanaşma tətbiq olunub. Konkret olaraq, Ermənistanla yeni Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi razılaşdırılıb. Sazişə əsasən, Ermənistanla Aİ arasında siyasi və iqtisadi sahələrdə əməkdaşlıq bu ölkənin başqa beynəlxalq öhdəliklərini nəzərə almaqla həyata keçiriləcək. Müvafiq maraqlarını və dəyərlərini daha yaxşı qeyd etmək üçün Aİ həmçinin Azərbaycanla yeni Çərçivə Sazişinə dair danışıqlar aparır. Aİ ehtiyyatla müəyyənləşdirilmiş qarşılıqlı adıımlarla Belarusla da önəmli əlaqələri dərinləşdirir.      

  

Maliyyə sahəsində əməkdaşlıq

2014-cü ildən 2020-ci ilə kimi Avropa Qonşuluq Aləti (AQA) Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq üçün əsas maliyyə alətidir. 2014-cü ildən 2017-ci ilə kimi tərəfdaş ölkələr artıq Aİ-nin 2,8 milyard avroluq maliyyə dəstəyindən yararlanıblar.

Şərq Tərəfdaşlığı siyasətinin prioritetlərini icra etmək üçün Aİ, onun üzv dövlətləri və altı tərəfdaş ölkə inklüziv qaydada 2017/2018-2020-ci illər üçün yeni çoxillik köməklik çəriçivələrini hazırlayıblar. 2020-ci ilə kimi fəaliyyətləri yönləndirən və iş planı funksiyasını yerinə yetirən bu sənədlər Şərq Tərəfdaşlığının dörd prioritet sahələrini əhatə edir.

Şərq Tərəfdaşlığı sammiti haqqında ingilis dilində əlavə məlumatı burdan əldə edə bilərsiniz.