Delegation of the European Union to Russia

Daha yaxşı, təmiz və təhlükəsiz dünyada daha güclü Avropa İttifaqı – mandatımda rəhbər tutduğum əsas prinsiplərdir

01/12/2019 - 11:11
Xəbərlər

Avropa İttifaqının Xarici Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının Vitse-Prezidenti vəzifəsinə təyin olunmağımdan şərəf duyuram.

 

Getdikcə rəqabətin artdığı qarışıq dünyada ortaq xarici siyasətimizi istiqamətləndirmək cavabdehliyini ciddi qəbul edirəm. Qlobal lider olaraq Avropa İttifaqı birbaşa qonşularına və dünyaya əhəmiyyətli dərəcədə təsir göstərir.

 

Çalışacam ki, Avropa İttifaqı Avropa və dünyanın daha təhlükəsiz olması naminə çalışan etibarlı, birgə işləməyə hazır və prinsipial qlobal iştirakçı olmağa davam etsin. Böhranların qarşısını almaq və onlara reaksiya göstərmək, iqlim dəyişikliyi, qeyri-qanuni miqrasiya və ya bərabərsizlik kimi qlobal çağırışları ünvanlamaq istiqamətində beynəlxalq tərəfdaşlarımızla fəal şəkildə çalışışacam. İstəyirəm ki, Avropa İttifaqı dünyaya yönələn daha güclü qüvvə, qlobal sabitlik və inkişafın isə istinad nöqtəsi olsun.

 

Avropa İttifaqı bu vacib missiyasını yerinə yetirmək üçün lazımi imkanlara malikdir. Diplomatiyadan tutmuş ticarətədək, inkişaf sahəsində əməkdaşlıqdan tutmuş böhran idarəçiliyinədək əlimizdə bütün alət və resurslar vardır. Qlobal qayda və standartları təyin edərək, çoxtərəfli yanaşma və demokratik dəyərlərin dönməz müdafiəçisi kimi çıxır edirik. Bu imkanların məcmusu bizi qlobal çağırışlara cavab verən və irəliyə yol göstərən liderə çevirir. Avropa üzrə birgə xarici və təhlükəsizlik siyasətimiz dünyada daha vacib rol olnamaq üçün əsas təşkil edir.

 

Daha güclü Avropa İttifaqının qurulmasına yardım edərkən aşağıdakı prinsipləri özümə rəhbər tutacağam:

realizm: Güc siyasəti dünyasında biz qlobal lider olaraq düşünməli və hərəkət etməliyik. Strateji məqsəd və maraqlarımızın aydın ümumi konsepsiyası əsasında iş görməliyik. Biz siyasətimizin daxili və kənar aspektlərini birləşdirməli, onların təsirindən istifadə etməli, daha tez və daha səmərəli qərarlar qəbul etməliyik.

birlik: Aİ alətlərinin əlaqələndirilmiş şəkildə səfərbər edilməsi ilə Aİ-na Üzv Dövlətlərin gücünü və onların ortaq işinin potensialını birləşdirən həqiqətən inteqrə edilmiş xarici siyasətimiz olmalıdır. Ancaq bu yolla birgə səsimiz daha yüksəkdən və aydın eşidiləcəkdir.

tərəfdaşlıq: Bugünün qlobal çağırışlarını kollektiv şəkildə cavablandırmaq lazımdır. Tərəfdaşlıq Avropa İttifaqının DNK-sıdır. Çoxtərəfli yanaşma qlobal fəaliyyətimizin mərkəzində duran məsələdir. Biz qaydalara əsaslanan sistemi təkmilləşdirib, onu 21-ci əsrin məqsədlərinə uyğunlaşdıra bilərik, ancaq heç zaman ondan imtina etmərik.

 

Avropa İttifaqı öz vətəndaşları və dünyadakı tərəfdaşları qarşısında cavabdehlik daşıyır. Təhlükəsizlik və sülh təmin etmək, davamlı inkişafı, demokratiya və qanunun aliliyini, fundamental azadlıqları və insan hüquqlarını təşviq etmək cavabdehliyi. Bu konsepsiyanı təşviq etməyi, daha təmiz və təhlükəsiz dünyada daha güclü Avropa İttifaqının qurulmasına töhfə verməyi səbirsizliklə gözləyirəm.

 

Mandatımın lap əvvəlində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı COP25-in açılışında iştirak etmək üçün Madridə, ondan sonra Malidə təzə vəfat etmiş 13 fransız əsgərinin xatirəsini yad etmək üçün Parisə yola düşəcəyəm.

 

Redaksiya Bölmələri: