Delegation of the European Union to Peru

Avropa İttifaqının müsabiqəsində iştirak etmək istəyən jurnalistlər üçün təşkilati və maddi dəstək!

31/07/2019 - 08:16
News stories

“AVROPA İTTİFAQI (Aİ)- AZƏRBAYCAN: ƏMƏKDAŞLIĞIN ÜFÜQLƏRİ” müsabiqəsində iştirak etmək istəyən jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi təşkilati və maddi dəstək göstərəcək.

 

Aİ jurnalistlərin regionların və kənd yerlərinin inkişafını dəstəkləyən 16 layihəyə səfərlərinə həm təşkilati yardım edəcək, həm də səfər xərclərini qarşılayacaqdır.

Necə müraciət etməli ?

1-ci addım

Lütfən, layihələrin təsviri verilən cədvəllə

tanış olun.

Sizi maraqlandıran layihəni seçin.

2-ci addım

Layihə koordinatoru ilə əlaqə saxlayın. Nə yazacağınızı müəyyənləşdirin.

3-cü addım

Nümayəndəliyə müraciət üçün səfərinizin və yazacağınız hekayənin qısa planını göndərin. Planda səfərinizi əsaslandırmalı, kimlərlə görüşmək istədiyinizi bildirməlisiniz.

4-cü addım

Səfərin təqribi büdcəsini tutun.

Büdcə aşağıdakı xərcləri əhatə etməlidir:

  1. Nəqliyyat
  2. Hotel
  3. Yemək

5-ci addım

Plan və büdcəni Delegation-Azerbaijan@eeas.europa.eu elektron ünvanına göndərin:

Müraciətin adında TƏŞKİLATİ VƏ MADDİ DƏSTƏK yazmağı unutmayın.

 

Diqqət: Müraciətlər 23 avqust 2019- ci il tarixinə kimi edilə bilər.

Səfərlər sentyabr ayının 10-a kimi həyat keçirilməlidir.

Redaksiya Bölmələri: