Delegation of the European Union to Peru

Avropa İttifaqı gələcək Şərq Tərəfdaşlığı ilə bağlı strukturlu məsləhətləşmə prosesinə başlayır

26/07/2019 - 15:11
News stories

Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığının gələcək strateji istiqaməti ilə bağlı geniş və inklüziv strukturlu məsləhətləşmə prosesinə başlayır

Ötən onillik ərzində Aİ, onun üzv dövlətləri və Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukrayna arasında Şərq Tərəfdaşlığı çərçivəsində gücləndirilmiş əməkdaşlıq qarşılıqlı şəkildə faydalı olmuş, vətəndaşlar üçün konkret nəticələr təqdim edilmişdir.

 

2020-ci ilədək 20 Nəticə” adlı birgə islahat gündəliyi çərçivəsində regionda daha güclü iqtisadiyyatların, daha güclü idarəçiliyin, daha güclü əlaqəliliyin və daha güclü cəmiyyətlərin qurulmasına nailolma istiqamətində önəmli irəliləyiş əldə olunub. Bu təşəbbüsün 10-cu ildönümü münasibətilə, mayın 14-də keçirilmiş Yüksək Səviyyəli Konfransda Avropa Komissiyasının Prezidenti Jan-Klod Yunker Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı müzakirələrə start verdi.

 

Bu kontekstdə, Avropa İttifaqı Şurası Komissiyaya və Avropa Xarici Fəaliyyət Xidmətinə Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı təkliflər təqdim etməyi tapşırıb. Tərəfdaşlığın uyğun və inklüziv olaraq qalmasını təmin etmək üçün Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidməti əsas maraqlı tərəfləri gələcək siyasət çərçivəsi ilə bağlı baxışlarını bölüşməyə dəvət edib.

 

Üzv dövlətlər və Şərq Tərəfdaşlığı ölkələri (hökumətlər, parlamentlər, yerli və regional hakimiyyət orqanları), beynəlxalq təşkilatlar, beynəlxalq maliyyə institutları, vətəndaş cəmiyyəti, biznes və özəl sektor, elm ictimaiyyəti, düşüncə mərkəzləri, gənclər, media və digər maraqlı tərəflər 2020-ci ildən sonrakı yeni siyasət çərçivəsi ilə bağlı baxışlarını bölüşməyə dəvət olunur.

 

Bütün maraqlı tərəflərdən öz töhfələrini 31 oktyabr 2019-cu il tarixinədək bu veb-sayt vasitəsilə göndərmələri xahiş olunur. Bu müddət ərzində tərəfdaş ölkələrdə və Aİ-də xüsusi məsləhətləşmə tədbirləri də keçiriləcək.

 

Bu töhfələr əsasında 2020-cu ildən sonrakı Şərq Tərəfdaşlığı üçün təklif olunan yeni çərçivəni əks etdirən sənəd hazırlanacaq.

 

Daha ətraflı məlumat üçün:

Şərq Tərəfdaşlığının 10 əsas nailiyyəti barədə məlumat

Şərq tərəfdaşlığı haqqında miflər barədə məlumat

Aİ-Azərbaycan əlaqələri barədə məlumat

Aİ-Ermənistan əlaqələri barədə məlumat

Aİ-Belarus əlaqələri barədə məlumat

Aİ-Gürcüstan əlaqələri barədə məlumat

Aİ-Moldova əlaqələri barədə məlumat

Aİ-Ukrayna əlaqələri barədə məlumat

 

Languages:
Redaksiya Bölmələri: