Delegation of the European Union to Peru

Azərbaycan və Aİ

11/05/2016 - 14:26
EU relations with Country

Aİ 1991-ci ildən bəri Azərbaycanla get-gedə daha çox yaxınlaşır. O, iqtisadi inteqrasiyanı dərinləşdirməklə və ölkə ilə siyasi əməkdaşlığı artırmaqla, bu özül üzərində daha çox irəliləyişə nail olmaq istəyir.

Aİ və Azərbaycan müxtəlif siyasi sazişlər bağlamaq məqsədilə birgə çalışmışlar. Bunlardan ən vacibi aşağıdakıları təkmilləşdirmək məqsədi daşıyan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişidir (1999):

  • ticarət
  • sərmayə qoyuluşu
  • iqtisadiyyat
  • qanunvericilik
  • mədəniyyət.

Azərbaycan Avropa Qonşuluq Siyasəti (AQS)Şərq Tərəfdaşlığı təşəbbüsünə qoşulmuşdur.

Ölkə həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) üzvüdür.

Aİ və Azərbaycan arasında əlaqələrin hüquqi bazasının yenilənməsi ilə bağlı müzakirələr davam etməkdədir.

 

Aİ Azərbaycanda aparıcı xarici investorlardan biridir. 2013-cü ildə onun ölkədəki birbaşa xarici investisiyaları (FDI) €4.7 milyard avroya çatmışdır.

Aİ Avropa Qonşuluq Siyasəti (AQS) və Şərq Tərəfdaşlığı təşəbbüsü vasitəsilə Azərbaycanla daha yaxın iqtisadi inteqrasiyanı dəstəkləyir.

Azərbaycan ÜTT-yə üzv olmaq üçün yardım məqsədilə Aİ-dən texniki yardım alır.

Avropa İttifaqının ticarət siyasətini tətbiq etməklə, Avropa Komissiyası Avropada və dünyada rifah, həmrəylik və təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır.

Avropa İttifaqı dünya ticarətini və inkişafını təşviq edir, beləliklə proses zamanı rəqabətliliyə, məşğulluq və inkişafa təkan verir. Konkret olaraq Komissiya müxtəlif ölkələr və ya ölkə qrupları ilə ticarət sazişləri ətrafında danışıqlar apararaq, razılaşdırılmış qaydaların tətbiq olunmasını təmin edir, ÜTT və digər qlobal qurumlarla sıx əməkdaşlıq edir. Məqsəd qloballaşma ilə meydana çıxan çətinliklərin öhdəsindən gəlmək, qloballaşmanın təklif etdiyi imkanlardan daha çox insanın faydalanmasını təmin etməkdir.

Aİ-nin Azərbaycana dəstəyi hər il təqribən €30 milyon avro təşkil edir. İnsan Hüquqları, DemokratikləşməQeyri-dövlət subyekti büdcə xətləri (EIDHR və NSA) çərçivəsində həmçinin qeyri-hökumət təşkilatları (QHT) maliyyələşdirilir.

Aİ yardımında əsas yer humanitar yardım, ərzaq təhlükəsizliyi və sosial müdafiəyə verilirdi. Lakin ölkədə iqtisadi və siyasi şəraitin yaxşılaşması ilə hazırda aşağıdakılara daha çox önəm verilir:

  • Avropa qonşuluq siyasəti fəaliyyət planı
  • Qeyri-neft iqtisadiyyatı
  • Hökumətin potensialının yüksəldilməsi.

Bu günə qədər insan hüquqları müdafiəçiləri, azad və ədalətli seçkilər kimi məsələlərlə bağlı 40-a yaxın layihə maliyyələşdirilmişdir.

Aİ yardımı həmçinin INOGATE, TRASEKA, TEMPUSERASMUS MUNDUS kimi başqa proqramlar vasitəsilə daxil olur.

Azərbaycanda maliyyələşdirilən layihələrin tam siyahısına baxmaqla daha ətraflı məlumat əldə edə bilərsiniz.

Vətəndaş cəmiyyəti və QHT-lər demokratiya insan hüquqları, qanunun aliliyi, yaxşı idarəçilik, bazar iqtisadiyyatı prinsipləri və davamlı inkişaf üçün həyati əhəmiyyət daşıyır.

Avropa Komissiyası hər zaman vətəndaş cəmiyyətini təşviq etmək arzusunda olmuşdur. O, 1999-cu ildə Brüsseldə ilk Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu keçirməklə buna nail oldu.

Azərbaycanda Aİ xüsusi sahəvi alətlər vasitəsilə vətəndaş cəmiyyətinə dəstək verir:

Avropa Qonşuluq Siyasətinə yenidən baxılması Qonşuluq siyasəti ölkələrində Vətəndaş Cəmiyyəti Fondunun yaranması ilə nəticələndi. Bu Fond vətəndaş cəmiyyətinə Aİ-nin Şərq və Cənub qonşuları arasında islahatları və dövlətin hesabatvermə məsuliyyətini təşviq etməsinə yardım etmişdir.

Languages:
Redaksiya Bölmələri: