Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək.

03.09.2019

Layihənin əsas məqsədi kənd yerlərində müasir və davamlı ailə təsərrüfatlarının yaradılması və Avropa standartlarına və təcrübələrinə uyğun bərabər imkanların yaradılmasını təmin etməklə Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına yardım etməkdir. Bu, həmçinin, yüksək keyfiyyətli rəqabətə davamlı əlavə dəyərli məhsullar istehsal etmək üçün icma əsaslı ailə müəssisələrini dəstəkləyəcəkdir.

Gözlənilən nəticələr:

Bu layihə Şəki-Zaqatala iqtisadi zonasından otuz ailəni müəyyənləşdirəcək və öz bizneslərini başlamaq üçün lazımi bacarıq və avadanlıqlarla təmin edəcəkdir. “ABAD”-a dəstək aşağıdakılara nail olmaqla həyata keçəcək:
  • pilot ailələri seçmək, təlim keçirmək və avadanlıqla təchiz etmək;
  • əvvəlcədən istehsal və satışdan əvvəlki sistemin yaradılması;
  • ailə brendləri yaratmaq;
  • istehsal və satış prosesini təşkil etmək

Əldə olunan nəticələr:

  • 44 ailənin seçilməsi, o cümlədən, 12 məcburi köçkün ailəsi (hədəf 30 ailə olmuşdur)
  • Seçilmiş 44 ailə haqqında məlumatlar daxil olmaqla hər biri üçün profillərin yaradılması (o cümlədən məşğul olduğu sahə/gələcək biznes)
  • Seçilmiş ailələr, onların ailə üzvləri və ABAD əməkdaşları üçün potensialın artırılması üzrə 13 təlimin keçirilməsi
  • Hər bir ailənin ehtiyac və tələblərinə uyğun maliyyə və istehsal planların hazırlanması
  • Bazar tələbatına uyğun məhsullar istehsal etmək üçün 44 ailə üçün avadanlıqların alınması