Delegation of the European Union to Nicaragua
and to the Central American Integration System (SICA)

Avropa İttifaqı və altı Şərq Tərəfdaşlığı ölkəsi ətraf mühiti daha çox qorumaq və ekoloji inkişaf imkanları əldə etmək üçün hədəflər və tədbirlər planı hazırlayır

Brüssel, 28/06/2019 - 15:23, UNIQUE ID: 190628_10
Press releases

27-28 iyun tarixlərində Avropa İttifaqı, Ermənistan, Azərbaycan, Belarus, Gürvcüstan, Moldova Respublikası və Ukrayna birgə işləmək, ətraf mühiti daha çox qorumaq və ekoloji inkişaf üçün olan imkanlardan fəal istifadə etmək üçün prioritetlərin, hədəf və konkret tədbirlərin müəyyən edilməsi üçün görüş keçirmişlər. Aİ-nın maliyyələşdirdiyi "Avropa İttifaqı Ətraf Mühit Naminə" (EU4Environment) proqramı çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrindən, Avropa İttifaqına Üzv Dövlətlərdən, Avropa İttifaqı qurumlarından, beynəlxalq tərəfdaş təşkilatlardan (İƏİT, UNECE, BMT Ətraf Mühit, UNİDO və Dünya Bankı) yüksək səviyyəli nümayəndələr Brüsseldə keçirilmiş açılış mərasimində iştirak etmişlər.

Tədbir zamanı ətraf mühitə mənfi təsir etməyən iqtisadi inkişafa təkan verə biləcək siyasətləri təkmilləşdirmək və həyata keçirmək, cəmiyyətlərin möhkəmliyini və vətəndaşların rifahını artırmaq üçün ölkə üzrə konkret iş planlarına dair razılığa gəlmək imkanı verilmişdir.

 

"Şərq Tərəfdaşlığı ölkələri ilə ətraf mühit sahəsindəki əməkdaşlığımız əvvəlkindən daha güclüdür və regiondakı vətəndaşların gündəlik həyatına artıq hiss olunan faydalar gətirməkdədir. Aİ və Şərq Tərəfdaşlığında altı tərəfdaş ölkə ətraf mühitin qorunması və iqlimlə bağlı çağırışları həll etmək üçün birgə cəhdləri artırmaq üzərində çalışır. Vaxt itirə bilmərik. Bugünkü görüşdə bütün tərəfdaşlar növbəti addımlara dair razılığa gəlmək üçün bir araya gəlmişlər," Avropa Komissiyasında Qonşuluq və İttifaqın Genişlənməsi üçün Danışıqlar üzrə Baş Direktorunun Müavini Katarina Maternova demişdir.

 

Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukrayna Davamlı İnkişaf Hədəfləri və digər beynəlxalq öhdəlikləri, o cümlədən Paris Razılaşdırılması ilə iqlim dəyişikliyi məsələlərinin həlli istiqamətindəki öhdəlikləri fəal şəkildə yerinə yetirməyə ciddi yanaşırlar. Bundan əlavə, Şərq Tərəfdaşlığı çərçivəsində Avropa İttifaqı bütün tərəfdaşları ilə "2020 üçün 20 Nəticə" çərçivəsində müəyyən hədəflərə dair razılıq əldə etmişdir. Bu kontekstdə EU4Environment proqramı ətraf mühit üçün daha əlverişli olan, daha səmərəli və dayanıqlı iqtisadiyyata keçiddə, o cümlədən ətraf mühitlə bağlı çağırışların ünvanlanmasında ölkələri dəstəkləyir. EU4Climate proqramında əlavə tədbirlər həyata keçiriləcəkdir.

 

EU4Environment Aİ-nın keçmişdə maliyyələşdirdiyi proqramların nailiyyətləri üzərində qurulmuşdur ki, bu proqramlar siyasət sahəsində mühüm dəyişikliklərlə və müəssisə səviyyəsində tədbirlərin görülməsi ilə nəticələnmişdir. Məsələn, keçmişdə görülmüş iş Azərbaycanda, Belarus, Gürcüstan, Moldova və Ukraynada strategiya, plan və investisiya layihələrinin ətraf mühit baxımdan qiymətləndirilməsinə dair yeni qanunların qəbul edilməsinə töhfə vermişdir. İllik olaraq təxminən 10 milyon Avroya qənaət edən ekoloji texnologiyaların müəyyən edilməsi üçün 400-dən artıq müəssisə ekspert məsləhəti almışdır. Altı Şərq tərəfdaşı ölkəsində Belçikanın ərazisindən dörd dəfə artıq əlavə təbii qoruq əraziləri müəyyən edilmişdir.

 

 

Ümumi məlumat:

 

EU4Environment İqlim Dəyişikliyi üzrə Paris Sazişinin həyata keçirilməsində, iqlimlə bağlı siyasət və qanunvericiliyin təkmilləşdirilməsində, iqlim dəyişikliyinin insanların həyatına təsirinin azaldılmasında Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukraynanı dəstəkləmək üçün Avropa İttifaqının maliyyələşdirdiyi 20 milyon AVRO büdcəsi olan layihədir. EU4Environment altı ölkə ilə onların təbii kapitalını qorumaq və daha yaxşı istifadə etmək, insanların ətraf mühitin vəziyyətindən asılı olan rifahını artırmaq və yeni inkişaf imkanları əldə etmək məqsədilə birgə çalışır. Məsələn, biznes dairələri, xüsusilə də kiçik və orta müəssisələr enerjiyə, su və materiallara qənaət etmək üçün dəstəklənir. Aparıcı beynəlxalq ekspertlər də qanunlara uyğunluğun təmin edilməsi, dövlət maliyyəsindən səmərəli istifadə və inzibati potensialın qurulması kimi məsələlərlə bağlı daha yaxşı ekoloji tənzimləmə üzrə yerli qurumlara məsələhət xidmətləri göstərir.

EU4Environment barədə əlavə məlumat üçün:

 

https://www.euneighbours.eu/en/east/stay-informed/projects/eu4environment

 

 

EU4Environment Regional İclasla bağlı:

 

http://www.oecd.org/environment/outreach/inaugural-eu4environment-regional-assembly.htm

 

Əlavə məlumat üçün əlaqə saxlayın:

 

Peter Karlson, Kommunikasiya məsələləri üzrə Koordinator, EU4Environment, İƏİT, peter.carlson@oecd.org

 

 

 

Languages:
Redaksiya Bölmələri: