Delegation of the European Union to Jamaica, Belize, Turks and Caicos Islands, Bahamas and the Cayman Islands

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi "Avropa Nağılları" layihəsini təqdim edir

25/08/2021 - 11:33
Publications

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi "Avropa Nağılları" layihəsini təqdim etməkdən məmnundur. Nümayəndəlik bu sosial layihə çərçivəsində 27 Avropa İttifaqının Üzv Dövlətindən nağıl və əfsanələri Azərbaycan dilinə tərcümə etdi. Rəngarəng bir kitab formasında nəşr olunan nağıllar toplusu, ölkənin müxtəlif uşaq evlərində, sığınacaqlarında və uşaq kitabxanalarında olan uşaqlar arasında paylanacaq.

Bu kitab Azərbaycandakı uşaqlara Avropanın müxtəlif xalqları haqqında məlumat əldə etməyə, köklərini və ənənələrini və Avropa dəyərlərini kəşf etməyə kömək edəcək. Saysız-hesabsız müharibələrdən alovlanan bu günkü Avropa sülhə can atır. Bu sülh bir-birini başa düşməkdən, fərqlərə hörmət etməkdən, oxşarlıqlar tapmaqdan və əməkdaşlığı inkişaf etdirməkdən başlayır. Qoy bu kitab parlaq və dinc gələcəyə doğru nəcib bir yolda kömək olsun.

Daha geniş ictimaiyyəti Avropa nağıllarının sehrli dünyası ilə tanış etmək üçün, çap versiyası ilə yanaşı, Aİ Nümayəndəliyi Aİ Üzv Dövlətlərinin Səfirlikləri ilə birlikdə, Səfirlər və səfirliklərin digər əməkdaşları tərəfindən danışılan nağılların video versiyalarını hazırlayıb ki, onlar peşəkar aktyorlar tərəfindən Azərbaycan dilində dublyaj edilib. Video-nağıllar 25 Avqust 2021-ci ildən etibarən Nümayəndəliyin https://www.facebook.com/EUDelegationtoAzerbaijan/ facebook səhifəsində hər gün yayımlanacaq.

Kitabın Azərbaycan dilində elektron versiyası mövcuddur.

Editorial Sections: