Delegation of the European Union to Iceland

My French Film Festival – 15 yanvardan 15 fevral 2021 tarixlərində – Onlayn – Filmlərə giriş sərbəst və pulsuzdur (Azərbaycanda)

22/01/2021 - 07:10
News stories

Gənc və müasir fransız və fransızdilli rejissorlar tərəfindən hazırlanmış iyirmidən çox bədii və qısametrajlı filmi onlayn kəşf edin. Filmləri Azərbaycanda pulsuz izləmək imkanı. Bütün filmlər fransız, ingilis və rus dillərində, 4 film isə türk dilində altyazılıdır.

 

MyFrenchFilmFestival Fransızdilli kinorejissorların gənc nəslini vurğulamağı hədəfləyən yeni bir konsepsiya olaraq, dünyanın hər yerindəki İnternet istifadəçilərinə kino həvəslərini paylaşma imkanı verir. Builki 11-ci buraxılışı üçün festival yeni filmlər və yeni tərəfdaş platformaları ilə bizimlədir.

 

15 yanvar-15 fevral 2021-ci il tarixlərində dünyanın hər yerindən kino həvəskarları ilk onlayn film festivalının bu 11-ci buraxılışının filmlərini izləyə biləcəklər. Bütün filmlər fransız, ingilis və rus dillərində, 4 film türk dilində altyazılıdır: « Adolescents », « Tu mérites un amoureux », « Enorme», « Camille ».

Filmlər istənilən rəqəmsal mühitdə pulsuz olaraq izlənilə bilər:

https://www.myfrenchfilmfestival.com/en/

https://www.ivi.ru/collections/mfff-2021

https://megogo.net/ru

- https://okko.tv/collection/collections_web/collection/myfrenchfilmfestival_2021 

Festivalda, bir Belçika uzunmetrajlı və bir qısametrajlı filmi də daxil olmaqla, on uzunmetrajlı və on qısametrajlı film iştirak edir. İzləyicilər bütün filmləri qiymətləndirməyə və şərh etməyə dəvət olunurlar. Festivala həmçinin müsabiqədən kənar bir İsveçrə filmi, bir uzunmetrajlı və qısametrajlı Kanada filmi, gənc tamaşaçılar bölməsi, virtual reallıq bölməsi və mədəniyyət filmləri daxildir.

Builki filmlər, fransızdilli kinonun müxtəlifliyini və canlılığını təmsil edən mövzular ətrafında təşkil edilmişdir.

Forever Young, gəncliyə səyahət və yeniyetməlikdən yetkinliyə keçid hekayələrini təqdim edir. Crazy Loving Families, yumor, həssaslıq və mürəkkəb ailə vəziyyətlərindən danışır. True Heroines, talelərinin yeganə cavabdehi olan qadın və gənc qızları nəql edir. French Ghost Stories, "Fransızsayağı" ruhlar hekayəsinə ümumi baxış təqdim edir. On the Road filmi, beynəlxalq qarşıdurmalardan qaçan insanlardan danışır. Love Is Love filmi ilə, sevgi barədə bir sənədli və üç qısametrajlı filmlə sizləri tanış edir. Kids Corner-də, dialoqsuz animasiya filmlərini balacalarla paylaşır. New Horizons, fransız kinosunda yeni şəkillər, əsərlər və təcrübələr kəşf etməyə dəvət edir.

Tam proqramı bu keçidlərdən əldə edin: 

Fransız dilində: https://www.myfrenchfilmfestival.com/fr/selection

İngilis dilində: https://www.myfrenchfilmfestival.com/en/selection

Rus dilində: https://www.myfrenchfilmfestival.com/ru/selection

 

Languages:
Redaksiya Bölmələri: