Delegation of the European Union to Colombia

Aİ-ÜST layihəsi əl gigiyenası üzrə müsabiqənin qaliblərini mükafatlandırıb

Bakı, 20/09/2021 - 12:36, UNIQUE ID: 210920_14
Press releases

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşilatının (ÜST) “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində tibb fakültəsi və kollecinin tələbələri arasında təşkil edilən əl gigiyenası müsabiqəsi başa çatıb. 2021 -ci ilin may ayında keçirilən müsabiqənin qalibləri bu gün mükafatlandırma mərasimində mükafatlandırılıb.

Müsabiqə iştirakçıları əl gigiyenası müsabiqəsi çərçivəsində “Əl yuma və steril əlcək geyinmə” üzrə təlim keçiblər.

Bakı şəhəri və bölgələrdəki 18 tibb fakültəsində və kollecində təhsil alan 1418 tələbə müsabiqə çərçivəsində keçirilən təlimdə iştirak edərək post-testdən keçib və onlardan 212 nəfəri müsabiqəyə video təqdim edib. ÜST-nin ekspertlərindən ibarət münsiflər heyəti təqdim olunan videolardan 21-ni qiymətləndirərək qalib elan edib. Qaliblərə noutbuk, planşet və müxtəlif tibbi cihazlar da daxil olmaqla hədiyyələr və sertifikatlar verilib. Müsabiqənin nəticələri, həmçinin, 2021-ci ilin sentyabrında İsveçrənin Cenevrə şəhərində keçirilən İnfeksiyanın qarşısının alınması və nəzarət konfransında təqdim edilib.

Əl gigiyenası infeksiyanın qarşısının alınması və nəzarət tədbirlərinin vacib bir elementidir. Düzgün əl gigiyenası, COVID-19 da daxil olmaqla infeksiyaların yayılmasının qarşısını almağa kömək edə bilər və bu səbəbdən hazırkı pandemiya zamanı xüsusilə vacibdir.

Müsabiqə və təlim tələbələrin əlləri düzgün yumaq və dezinfeksiyaedici vasitələrdən istifadə ilə bağlı biliklərini artırmasına, ÜST texnikasından istifadə edərək əl yuma mərhələlərini öyrənməsinə kömək edib.

Daha öncə Aİ-ÜST layihəsi çərçivəsində səhiyyə işçiləri üçün əl gigiyenası mövzusunda bir sıra vebinarlar təşkil olunmuş, münaqişənin təsirinə məruz qalmış regionlarda əl gigiyenası ilə bağlı posterlər paylanmış və xəstəxanalarda infeksiyanın qarşısının alınması və nəzarət mövzusunda qiymətləndirmələr aparılmışdır. Layihə ölkənin sağlamlıq təhdidlərinin qarşısının alınması, aşkarlanması və onlarla mübarizə qabiliyyətini artırmaq səylərinə dəstək göstərməyə davam edəcək.

Languages:
Redaksiya Bölmələri:

Müəllif