Delegation of the European Union to Colombia

Azərbaycanda Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİi) üzrə Təlim iştirakçıları marağın ifadə olunmasına dəvət edilir

22/06/2021 - 12:57
News stories

EU4Environment Azərbaycanda kiçik və orta istehsal müəssisələrində (KOM) RSDTİ metodologiyasının tətbiqi ilə bağlı təlimlərdən faydalanmaqda maraqlı olan mütəxəssislər axtarır.

Təlim iştirakçıları ayrı-ayrı pilot istehsalat müəssisələrində RSDTİ  qiymətləndirməsinin aparılmasında Layihənin Azərbaycanda Milli Koordinatorunun bilavasitə rəhbərliyi altında UNIDO-nun Milli İcraçı Tərəfdaşının texniki ekspertləri ilə sıx əməkdaşlıq çərçivəsində (EU4Environment proqramı çərçivəsində) fəaliyyət göstərəcəklər. Maraq göstərən mütəxəssislər pilot şirkətlərin istehsal sahələrində  metodologiyaya uyğun RSDTİ qiymətləndirilməsini həyata keçirmək üçün beynəlxalq təlimçilər tərəfindən keçirilən treninqlər və praktiki məşğələlərdə iştirak edəcəklər. Praktiki məşğələlər RSDTİ üzrə  təlimlər və texniki səfərlər istehsal sahəsində qiymətləndirmələrin hazırlanması üçün praktiki biliklərin tətbiqi ilə paralel aparılacaqdır. Qiymətləndirmələr fəaliyyətlərində RSDTİ tədbirlərini tətbiq etmək istəyən seçilmiş pilot şirkətlərdə aparılacaqdır.

İstehsal sahəsində RSDTİ qiymətləndirməsi pilot şirkətlərdə resursların istifadəsini optimallaşdırmaq üçün RSDTİ metodologiyasına əsaslanan sistematik təhlil vasitəsilə həyata keçiriləcəkdir.  Bu iş məlumatların təhlilini və mövcud səmərəsizliyinin qiymətləndirilməsi, istehsalat təcrübəsinin ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə texniki, iqtisadi və ekoloji qiymətləndirilməni, habelə pilot müəssisələrə onların səmərəliliyinin artırılmasında yardım göstərilməsi üzrə tədbirləri, ehtiva edir. Eyni zamanda, bu vəzifə şirkət əməkdaşlarının təlimatlandırılması, qiymətləndirmənin nəticələri və müəyyən edilmiş tədbirlər haqqında texniki hesabatların hazırlanması, həmçinin pilot şirkətlərdə həyata keçirilən tədbirlərin monitorinqini əhatə edir.

Bununla da, RSDTİ təlim iştirakçılarının Azərbaycanda RSDTİ Pilot Layihəsinin ümumi təşviqinə öz töhfələrini verəcəyi gözlənilir.

 

İXTİSAS:

- Mühəndislik (kimya, sənaye, ekologiya, mexaniki və ya əlaqəli sahə), ətraf mühit elmləri, sənaye ekologiyası və ya əlaqəli sahədə peşəkar təcrübə mütləq tələbdir.

- Sənaye sektorunda, ətraf mühit, məhsuldarlıq, keyfiyyət sistemləri və ya əlaqəli sahələrdə xidmətlərin göstərilməsində 1 ildən az olmayan peşəkar təcrübə.

- Həm şifahi, həm də yazılı şəkildə fikirləri effektiv şəkildə çatdırmaq qabiliyyəti daxil olmaqla, əla ünsiyyət və kommunikasiya bacarıqları.

- İşçi səviyyədə ingilis dili bilikləri tələb olunur.

Bu[1] fəaliyyət Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Environment proqramı çərçivəsində UNIDO-nun milli komandası tərəfindən həyata keçirilir. Komandanın heyəti, Milli Koordinatordan və UNIDO-nun Azərbaycanda RSDTİ üzrə Milli İcraçı Tərəfdaşı olan ACE Group Consultants tərəfindən rəhbərlik edildiyi konsorsiumundan ibarətdir. Ölkə üzrə komanda təlim iştirakçıları ilə müraciət prosesini, müqavilələrin imzalanması, iştirakçıların seçilməsi və müsahibəsi ilə məşğul olacaq.

 

Müraciət: Müraciət etmək üçün CV-nizi və müşayiət məktubunu Nicat Babayevə göndərməyiniz xahiş olunur: nijat@aceconsultants.az  

Tel: (+994 12) 488 68 32

Tel / Faks: (+994 12) 488 67 91

Mobil (Ofis): (+994 50) 407 22 76

Müsahibəyə yalnız seçilmiş namizədlər dəvət olunacaq.

 

ƏRİZƏLƏRİN qəbulu üçün son tarix: 05 iyul 2021-ci il

Vəzifənin başlanğıc tarixi: iyul 2021-ci il

MÜDDƏTİ: 6 ay

Məkan: Bakı, Azərbaycan (ölkənin müxtəlif regionlarına ayrı-ayrı müəssisələrə səfər etməklə)

 

[1] Ətraflı məlumat üçün www.eu4environment.org

Redaksiya Bölmələri:

Müəllif