Nümayəndəlik Azərbaycandakı

EEAS RSS Feeds

Displaying 1 - 10 of 131

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birlikdə 11 oktyabr 2019-cu il tarixində “JW Marriott Absheron Baku” otelində “Şərq tərəfdaşlığının gələcəyi” mövzusunda strukturlu məsləhətləşmələr təşkil edəcəkdir.

Languages:

10 oktyabr 2019-cu il tarixində Avropa İttifaqı və Azərbaycan arasında Tvinninq layihələrini müzakirə etmək üçün Bakıda dəyirmi masa keçiriləcək. Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbərləri cənab Vasilis Maraqos və xanım Diana Yablonskanın başçılıq etdiyi nümayəndə heyətinin, həmçinin Azərbaycan rəsmilərinin qatıldığı tədbirə Azərbaycanın İqtisadiyyat Nazirliyi ev sahibliyi edəcək.

Languages:

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri və Park Cinema ilə əməkdaşlıqda Bakıda 10-cu Avropa Film Festivalını təşkil edəcəkdir. Avropa Film Festivalı 2-16 oktyabr tarixlərində keçiriləcəkdir.

Languages:

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri və Park Cinema ilə əməkdaşlıqda Bakıda 10-cu Avropa Film Festivalını təşkil edəcəkdir. Avropa Film Festivalı 2-16 oktyabr tarixlərində keçiriləcəkdir.

Languages:

Avropa İttifaqı Azərbaycandakı nümayəndəliyi sentyabrın 17-dən 27-dək Bakı şəhəri və regionlarda "Qız Qalası. Qadın olmaq” adlı beynəlxalq müasir incəsənət festivalı təşkil edir.

Languages:

Layihənin əsas məqsədi kənd yerlərində müasir və davamlı ailə təsərrüfatlarının yaradılması və Avropa standartlarına və təcrübələrinə uyğun bərabər imkanların yaradılmasını təmin etməklə Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına yardım etməkdir. Bu, həmçinin, yüksək keyfiyyətli rəqabətə davamlı əlavə dəyərli məhsullar istehsal etmək üçün icma əsaslı ailə müəssisələrini dəstəkləyəcəkdir.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Kənd təsərrüfatı sahəsinə dövlət dəstəyinin effektivliyinin və səmərəliliyinin artırılması üçün Kənd Təsərrüfatı Nazirliyinin potensialının gücləndirilməsi” adlı Tvinninq layihəsinin açılış tədbiri 1 avqust 2019-cu il tarixində baş tutdu.

Languages:

“AVROPA İTTİFAQI (Aİ)- AZƏRBAYCAN: ƏMƏKDAŞLIĞIN ÜFÜQLƏRİ” müsabiqəsində iştirak etmək istəyən jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi təşkilati və maddi dəstək göstərəcək.

 

Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığının gələcək strateji istiqaməti ilə bağlı geniş və inklüziv strukturlu məsləhətləşmə prosesinə başlayır

Languages:

Pages