Komissar Várhelyi Şərq Tərəfdaşlığının gələcəyini vətəndaş cəmiyyəti nümayəndələri ilə müzakirə etdi

06.12.2019

Qonşuluq və İttifaqın Genişlənməsi üzrə Komissar Olivér Várhelyi bu gün Şərq Tərəfdaşlığının Brüsseldə keçirilən "ŞT4Aİ: Qarşılıqlı faydalı olan tərəfdaşlıq üçün qüvvələrin birləşməsi" adlı Vətəndaş Cəmiyyəti Forumunda iştirak edir.

Forumda Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası, Ukrayna və Avropa İttifaqından olan 200-dən çox vətəndaş cəmiyyəti nümayəndəsi bir araya gəlmiş, Aİ ilə hökumət, eləcə də altı ölkənin cəmiyyətləri arasındakı tərəfdaşlığı gücləndirmək üçün strategiya və imkanları müzakirə etmişlər.

 

Foruma müraciət edərkən Komissar Várhelyi demişdir: "Gücləndirilmiş vətəndaş cəmiyyəti demokratiyanın güclənməsi, sosial cavabdehlik, insan hüquqları və sabitliyin artması baxımından əsas hərəkətverici qüvvədir. Vətəndaş Cəmiyyət Forumu və təmsil etdiyiniz təşkilatların rolu mandatım boyu Şərq Tərəfdaşlığının uğurlu gələcəyinin formalaşmasında aparıcı olacaqdı."

 

4-6 dekabr tarixlərində baş tutan Şərq Tərəfdaşlığının Vətəndaş Cəmiyyəti Forumunun 11-ci İllik Yığıncağında əsas diqqət qanunun aliliyi və idarəetmə sahəsində islahatların aparılması üçün texnoloji və proqram təminatı ilə bağlı potensiala yönəlir. Şərq Tərəfdaşlığından vətəndaş cəmiyyəti fəalları və hökumət nümayəndələri, eləcə də Aİ rəsmiləri panelistlər sırasındadır. Şəkillər EbS-dən əldə oluna bilər.