Gənc azərbaycanlılar İsmayıllıda keçirilən EuroSchool-da Aİ aid biliklərə yiyələnirlər

On səkkiz parlaq gənc iştirakçı, mənzərəli İsmayıllı rayonunda dinamik və cəlbedici öyrənmə mühitində Avropa İttifaqını yaxından öyrənmək üçün üç ilhamverici gün keçirdi. 12-14 avqust 2025-ci il tarixlərində Aİ Nümayəndəliyi Gənc Avropa Səfirləri ilə birgə ölkənin hər yerindən 18-25 yaş arası gənc motivasiyalı şəxslər üçün EuroSchool-un (Avropa Məktəbinin) 8-ci buraxılışını təşkil etdi. Məqsəd interaktiv sessiyalar vasitəsilə onların Avropa İttifaqı, onun fəaliyyəti və dəyərləri, həmçinin Şərq Tərəfdaşlığı və Aİ-Azərbaycan münasibətləri haqqında məlumatlılığını artırmaq olub. 

Image
EuroSchool 2025

Proqramın gedişində xarici siyasət üzrə tanınmış ekspert Əhməd Əlili Aİ-nin tarixi, Şərq Tərəfdaşlığı təşəbbüsü, Aİ-Azərbaycan münasibətləri, Aİ ilə enerji tərəfdaşlığı barədə geniş məlumat verib. Ötən illərin müsbət təcrübəsinə əsaslanaraq media eksperti Seymur Kazımov tərəfindən dezinformasiyaya qarşı mübarizəyə həsr olunmuş sessiya keçirilib. O, iştirakçılara dezinformasiya və misinformasiya arasındakı fərqləri izah edib və saxta xəbərləri aşkar etməyin yollarını paylaşıb.

 

Bundan əlavə, EU NIGHBOURS East proqramının nümayəndələri Azərbaycan da daxil olmaqla, Aİ Üzv Dövlətləri və Şərq Tərəfdaşlığı ölkələrindən olan gəncləri birləşdirən Gənc Avropa Səfirləri (YEAs) şəbəkəsini təqdim ediblər. Gənc Avropa Səfirləri həmçinin Aİ tərəfindən maliyyələşdirilən imkanlar barədə məlumat verib və debatlara moderatorluq ediblər.

Image
EuroSchool 2025

Dərs və müzakirələrdən başqa iştirakçılar İsmayıllı kəndindəki tarixi Basqal qəsəbəsini ziyarət etmək və yol boyu yaddaqalan anları çəkmək imkanı əldə ediblər.Tədbiri missiya rəhbərinin müavini Gediminas Varanavicius bağladı. O, “Dəyişən dünyada Avropa İttifaqı” adlı çıxışında Aİ qarşısında duran məsələlər barədə fikirlərini bölüşdü. O, Aİ-nin qlobal aktor kimi rolundan danışıb. Bu kontekstdə o, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin işi, Aİ-Azərbaycan əməkdaşlığının istiqamətləri və digər mövzulara toxunaraq iştirakçılara sual vermək və müzakirələr aparmaq imkanı verib.Avropa Məktəbi ərzində iştirakçılar Aİ-nin daxili prosesləri və Aİ-nin Azərbaycandakı fəaliyyətini daha yaxından öyrənmişdilər. İştirakçılar sertifikatlarla təltif olundular. Üç iştirakçı isə Avropa Məktəbi haqqında sosial şəbəkələrdə paylaşımlarda ən fəal olduqlarına görə xüsusi mükafatlara layiq görülüblər.

 

Image
EuroSchool