Nümayəndəlik Azərbaycandakı

Arzu Seyidovanın uğur hekayəsi

21/07/2020 - 09:46
News stories

Layihəmizin növbəti iştirakçısı Arzu xanım Seyidovadır. Arzu Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qənnadçı-şirniyyatçı ixtisası üzrə təhsil alıb. Bu gün o, artıq çox sevdiyi işi ilə məşğul olur – Bakıdakı məşhur şirniyyat evlərindən biri “AZZA”da şirniyyatçı vəzifəsində çalışır.

Arzu Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tədris olunan bu ixtisas barədə məlumatı Avropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində təşkil edilən “Açıq Qapı” günündə alır. O, təəssuratlarını bizimlə bölüşür. 

“Əvvəllər bir neçə dəfə təcrübə keçmək üçün otel və restoranlara müraciət eləsəm də müsbət cavab ala bilmirdim. Bu layihə barədə eşidəndə anladım ki, müəssisələrdə praktiki təlimlərdə iştirak etmək gələcəkdə uğurlu karyera qurmağım üçün önəmli rol oynayacaq. Sənədlərimi toplayıb dərhal müraciət elədim. Bununla da xəyalımı gerçəkləşdirmək imkanı qazandım”. 

ED-VET layihəsi çərçivəsində aparıcı müəssisələrdə təcrübə təlimlərində iştirak etmək imkanlarının təmin edilməsi tələbələr üçün olduqca əhəmiyyətlidir. Arzu öz təcrübə təlimini Qafqaz Tufandağ Hotelində keçib. O düşünür ki, öz sahəsində peşəkar olan ustalar ilə birgə çalışmaq gələcək karyerasının təməlinin qurulmasında və inkişafında əhəmiyyətlidir. 

Mahir kulinarların yanında çalışmaq çox önəmlidir. Nəzəri biliklər kifayət etmir! Nəzəri bilikləri real iş şəraitində praktik şəkildə tətbiq etməlisən” – deyə Arzu qeyd edir. “Artıq Bakının  məşhur şirniyyat evlərindən biri “AZZA”da işləyirəm. İxtisasım və təlimdə aldığım faydalı biliklər  olmasaydı buna nail ola bilməyəcəkdim. Layihənin köməyi olmasaydı uğur qazanmaq çətin olacaqdı”.

 

LAYİHƏ HAQQINDA MƏLUMAT

Layihənin adı

Qəbələ, İsmayıllı və Qax rayonlarında turizm və kənd təsərrüfatı sahələrində duala bənzər peşə təhsili və təlimi yanaşmasının tətbiqi

Prioritet sektor

PTT: Turizm və Kənd Təsərrüfatı

İcra edən tərəf

Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH

Benefisiar

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi

İcra müddəti

33 ay (09.2017 – 06.2020)

Avropa İttifaqının büdcəsi

2 200 000 Avro

Layihənin əsas məqsədi

Layihənin əsas məqsədi kənd təsərrüfatı və turizm sahələrində Peşə Təhsili və Təlimin (PTT) cəlbediciliyini və əmək bazarına uyğunluğunu artırmaqdır.

Bu tədbirin spesifik məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarındakı 3 PTT mərkəzində kənd təsərrüfatı və turizm sahəsində ikitərəfli PTT pilotlarının yaradılmasıdır.

Layihənin icra edildiyi regionlar

Qəbələ, Qax, İsmayıllı

 

Redaksiya Bölmələri: