Delegation of the European Union to Azerbaijan

Aİ-AZƏRBAYCAN BİZNES FORUM 2020-2022

10/07/2020 - 14:43
News

­­

“Aİ-AZƏRBAYCAN BİZNES FORUM 2020-2022”

Bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və əsas məqsədi biznes mühitini yaxşılaşdırmaq və ölkənin iqtisadi şaxələndirilməsinə dəstək verməklə Azərbaycanda qeyri-neft sektorunu gücləndirməkdir.  Layihənin əsas vəzifələri Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın təşviqi, Azərbaycandakı biznes mühiti və investisiya imkanları barədə məlumatlılığın artırılması və dövlət-özəl dialoqun genişləndirilməsinə həsr olunmuşdur. 

Layihə COWI Belçika tərəfindən İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM), Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) və İnvestBaku ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir.

 

LAYİHƏNİN FƏALİYYƏTİ

Aİ BİZNES MÜHİTİ HESABATI AZƏRBAYCAN

Ölkədə fəaliyyət göstərən Aİ şirkətlərinin sorğuları əsasında Azərbaycanda biznes mühitinin illik kompleks icmalı. 2015-ci ildən etibarən aparılan bu müntəzəm araşdırma ölkədə fəaliyyət göstərən Aİ müəssisələrinin əsas problemlərini əks etdirir, iqtisadi islahatların gedişatını izləyir və yerli iş mühitinin daha da yaxşılaşdırılması üçün prioritetləri müəyyənləşdirir.

“Aİ-AZƏRBAYCAN BİZNES FORUM”

Aİ-Azərbaycan əməkdaşlığını gücləndirmək üçün illik işgüzar tədbir. Forum, Aİ və Azərbaycan müəssisələri arasında mükəmməl əlaqələndirmə və dövlət-özəl dialoqu üçün dolğun bir platforma təqdim edir. Forumun gündəliyinə yerli biznes mühitindəki dəyişikliklər, həmçinin ölkələr arasındakı iqtisadi əməkdaşlıq üçün yeni imkanlar daxildir.

BAKIDAN KƏNARA SEKTOR-SPESİFİK BİZNES SƏFƏRLƏR

Biznes səfərlər Aİ şirkətləri üçün Azərbaycanın bölgələrindəki mövcud inkişafı və investisiya imkanlarını araşdıran xüsusi sahələrə yönəldilir. Səfərlər zamanı Aİ şirkətləri Bakıdan kənardakı tərəfdaşlarla görüşmək və əlaqə qurmaq şansı əldə edirlər.

Aİ BİZNES ƏLAQƏLƏNDİRİCİ GÖRÜŞLƏR

Azərbaycanda fəaliyyət göstərən və ya fəaliyyətə başlamaq istəyən Aİ şirkətlərinin öz bilik və təcrübələrini bir-birləri ilə bölüşmək, habelə potensial biznes tərəfdaşları ilə birbaşa əlaqə qurmaq imkanları.

Aİ VƏ AZƏRBAYCAN ARASINDA İQTİSADİ ƏMƏKDAŞLIQ

Avropa İttifaqı Azərbaycanın ilk iqtisadi tərəfdaşıdır və onun ticarət və xarici birbaşa investisiyaların əksəriyyətini təmsil edir. Hazırda Aİ-nin müxtəlif ölkələrindən 400-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir.

Aİ təhsil, vergilər, ədliyyə, yerli və regional inkişaf və digər mövzulara həsr olunmuş təşəbbüslərin bir sıra vasitəsilə Azərbaycan hökümətinə biznes mühitindəki həyata keçirdiyi islahatlarına dəstək olmuşdur. Əlavə olaraq, Aİ hazırda iqtisadiyyatın əsas qeyri-neft istehsal sektorlarında rəqabət qabiliyyətini inkişaf etdirmək və qeyri-neft KOS sektorunu gücləndirmək üçün Azərbaycana dəstək göstərir.

Languages:
Editorial Sections: