Nümayəndəlik Azərbaycandakı

Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması layihəsi çərçivəsind onlayn rejimli yekun konfrans

18/06/2020 - 13:47
Konfrans/seminarAİ-nin maliyyələşdirdiyi layihələr

Bu gün onlayn rejimli konfrans zamanı layihə 27 ay ərzində həyata keçirilən büdcəsi €1,111,111 Avro olan layihə öz uğurlu nəticələrini qeyd etmişdir.

Xatırladaq ki, layihədə hədəf qrup qadınlar, uşaqlar və əlilliyi olan insanlardır. Həyata keçirilmiş tədbirlər Bakı şəhəri daxil olmaqla Azərbaycanın 37 rayonunu və Naxçıvan Muxtar Respublikasında 5 rayonu əhatə etmişdir. Fəaliyyət sahələrinə qadın sahibkarlığı, layiqli əmək və iqtisadi inkişaf, erkən nigah, məişət zorakılığının və gender əsaslı ayrı-seçkiliyin qurbanı olmuş qadınlara hüquqi yardımın göstərilməsi, təmiz su təchizatı və sanitariya, eləcə də əlilliyi olan şəxslər üçün şəhər və icmaların inkişaf etdirilməsi daxil idi. Konfrans zamanı hökumət tərəfindən layihənin tərəfdaşı olan iki qurum – Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi layihənin uğurla həyata keçirilməsini yüksək qiymətləndirmişdir ki, layihə ölkə səviyyəsində Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədləri (DİM) sahəsində hökumətin göstərdiyi cəhdləri tamamlamışdır. Əlavə olaraq, Aİ-nın maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının birgə maliyyələşdirdiyi layihə çərçivəsində bir illik layihə həyata keçirmiş 9 yerli VCT öz uğurları barədə məlumat verməyə dəvət olunmuşdur.

Layihənin həyata keçirilməsi nəticəsində 662 qadın sahibkarlıq sahəsində bilik və səriştə qazanmış, 650 gənc qız və qadın erkən nigah və nigah müqaviləsi mövzusunda məlumatlandırmanın artırılması sessiyalarında iştirak etmiş, 129 qadın öz biznesini başlamaq üçün ilkin maliyyə vəsiati almış, 1200 qadına hüquqi yardım göstərilmiş, 1298 qadın DİM mövzusunda keçirilmiş təlimlərdə iştirak etmişdir.

18/06/2020


Online conference

Baku
Azərbaycan

Editorial Sections: