Nümayəndəlik Azərbaycandakı

AVROPA İTTİFAQININ AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİNİN BƏYANATI

Bakı, 31/10/2019 - 07:05, UNIQUE ID: 191031_2
Local Statements

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi bəzi mətbuat vasitələrində qeyd olunan "Aİ səfirinin Bakı üçün küçə döyüşlərinin ssenarisini hazırlayacağı" iddialarını tamamilə təkzib edir.

Azərbaycan Aİ-nın mühüm tərəfdaşı, Şərq Tərəfdaşlığının iştirakçısı, eləcə də energetika sahəsində strategi tərəfdaşımızdır. Aİ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Hazırda müzakirə edilən, çoxsaylı mövzuları, o cümlədən insan hüquqları məsələsini də əhatə edən yeni hərtərəfli və iddialı Saziş vasitəsilə tərəfdaşlığımızı inkişaf etdirmək və əməkdaşlığımızı genişləndirmək naminə birlikdə çalışırıq.

Aİ Azərbaycanın islahat proqramını dəstəkləməyə davam edir. Aİ həm neft, həm də qeyri-neft sektorunda Azərbaycanın ilk ticarət tərəfdaşı və investorudur. Xüsusilə də təhsil və regional inkişaf istiqamətində yardım göstərməklə biz Azərbaycanın iqtisadi diversifikasiya gündəliyini dəstəkləyirik.

Daha ətraflı məlumat üçün baxın: https://eeas.europa.eu/sites/eeas/files/eap_factsheet_azerbaijan_eng.pdf

Avropa İttifaqı Nümayəndəliyi, beynəlxalq hüquq və təcrübəyə uyğun olaraq, Azərbaycan cəmiyyətinin bütün təmsilçiləri ilə əlaqə saxlayır. Bu o deməkdir ki, biz dinləyirik, ancaq tərəf saxlamırıq. Dünyada diplomatik xidmətlərdə tətbiq olunduğu kimi, biz Hökumətlə, eləcə də müxalifət, vətəndaş cəmiyyəti və digər qruplarla görüşürük.

Aİ ilə Azərbaycan arasındakı tərəfdaşlıq, eləcə də nazirlik və prezident səviyyəsində keçirilmiş son görüşlər barədə ətraflı məlumat aşağıdakı linkdən əldə oluna bilər:

https://www.consilium.europa.eu/en/meetings/international-ministerial-meetings/2019/04/04/

https://www.consilium.europa.eu/en/press/press-releases/2019/07/09/remarks-by-president-donald-tusk-after-his-meeting-with-president-of-azerbaijan-ilham-aliyev/

 

 

Languages:
Redaksiya Bölmələri: