Delegation of the European Union to Azerbaijan

Azərbaycan Avropa İttifaqı Nümayəndəliyi tərəfindən təşkil olunan “Qız Qalası. Qadın Olmaq” adlı Müasir İncəsənət Festivalına ev sahibliyi edəcək

17/09/2019 - 13:16
News

Avropa İttifaqı Azərbaycandakı nümayəndəliyi sentyabrın 17-dən 27-dək Bakı şəhəri və regionlarda "Qız Qalası. Qadın olmaq” adlı beynəlxalq müasir incəsənət festivalı təşkil edir.

Festivalın mövzusu Azərbaycan qadınlarının azadlığının 100 illiyi ilə əlaqəlidir, ölkəmizdə, eləcə də bütün dünyada qadınların rolunun gücləndirilməsi məsələlərini özündə əks etdirir. Layihə proqramına müasir incəsənət kontekstində müxtəlif səpkili sərgilər, ictimai incəsənət tədbirləri, vizual poeziya gecəsi, müzakirə forumları, tematik film nümayişləri, vorkşoplar daxildir. XX əsrin əvvəllərində, mühim tarixi və siyasi hadisələrin baş verdiyi zəmində Azərbaycanda ilk qadın hərəkatı başlamışdır və Azərbaycan Demokratik Respublikasının qurulması ilə bu dövlət 1918-ci ildə qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi olmuşdur. 

 

“Qız Qalası. Qadın olmaq” Beynəlxalq Müasir İncəsənət Forumuna ilk dəfə 2009-cu ildə Bakıda Səbinə Şıxlinskaya tərəfindən təşəbbüs göstərilmişdir. Bu Azərbaycanda müasir incəsənət vasitəsilə gender bərabərliyi mövzusunda ilk birgə təqdimat işi idi. Bir il sonra isə, yəni 2010-cu ildə “Qadın Olmaq” adlı eyni mövzu “İstanbul-Avropa Mədəniyyətinin Paytaxtı 2010” çərçivəsində “Openly” sərgi layihəsində təqdim olunmuşdur. “QIZ QALASI. Qadın Olmaq” layihəsinə kuratorluq edən S.Şıxlinskaya 10 ildən sonra yenidən gender bərabərliyi ilə əlaqədar hələ də gündəmdə qalan sualları bu layihə vasitəsilə vurğulayır.     

 

Festivalın adı Bakının əsas görməli yeri və simvolu hesab edilən, haqqında çoxlu əfsanələr və sirrlər dolaşan Qız Qalasının adından götürülüb. Adın mənası ilə bağlı daha çox irəli sürülən fikir onun “Qız” sözü ilə əlaqədardır ki, bu da qadınlar mövzusunda bakirə - “Virqo” qalası mənasını daşıyır. Mövzunun konteksti müxtəlif hekayələrlə əhatələnsə də, əsas və aparıcı mövzu kişilər tərəfindən qadınlara qarşı göstərilən mənəvi və fiziki zorakılıq və bu səbəbdən qadınların yaşadığı faciələrdir.  Şərqdəki qadının təsviri zəif və öz haqqlarını müdafiə edə bilməyən varlıq kimi verilir. O, öz azadlığı uğurunda yalnız bir mümkün həlli yolu ilə mübarizə aparır, bu da faciəli sonluğa aparan ölümdür. Bu, həm də bir növ ideoloji stereotipdir və regionda gender bərabərliyi mövzusuna dair yanlış üstünlüklər yaradır.

 

Tarixçilər və tədqiqatşılar şəhərin əsas qalası olan “Qız Qalasını”nın adının onun alınmaz olduğuna görə bakirə, yəni Qız Qalası mənasını daşıdığını düşünürlər, çünki qala öz əlverişli yerləşməsinə görə heç bir düşmən tərəfindən alına bilməmişdir. “Qız Qalası” bir tərəfdən Xəzər dənizi və digər tərəfdən isə şəhər qala divarları ilə əhatələnmişdir ki, bu da onu əlçatmaz etmişdir.

 

Layihədə gender bərabərliyi, feminizm və qeyri-maddi mədəni irs prizmasında nəzərə alınan işlər əsasən Bakı və rayonlarda incəsənət adamlarının, kuratorların, mədəniyyət fəallarının və yerli icmaların iştirakı ilə birgə olaraq aparılmağa çalışılır. Layihə çərçivəsində, mübadilələr əsasında yerli və qlobal kontekstdə metodologiyanı və daha yaxşı başa düşülməni təmin etməyə cəhd göstəriləcək. Bu layihə sistemə, onun problemlərinə, gender və sosial qeyri-bərabərsizliyinə cavablar tapmalıdır. Layihənin çox yaxşı şəkildə təşkil olunmuş intellektual, sosial və yaradıcılıq mübadiləsi fikri ətrafında cərəyan etməsi nəzərdə tutulur. İncəsənət işlərinin nümayişi, konfrans, müzakirə forumları, ictimai incəsənət tədbirləri və müxtəlif hadisələr beynəlxalq iştirakçılar və yerli sakinlər arasında müvəqqəti icma yaradacaq və uzun-müddətli əlaqələrin təməlini qoyacaq.

 

Festival Bakıdakı bir sıra diplomatik missiyalar və Azərbaycan Rəssamlar İttifaqı, MİM Bakı, YARAT Müasir İncəsənət Mərkəzi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, M.İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Gəncə İcra Hakimiyyətinin və bu kimi digər aparıcı hökumət müəssisələri və təşkilatları  ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunur və həyata keçirilir.

 

Festivalın qonaqları və iştirakçıları Avropa İttifaqına üzv ölkələrdən Almaniya, Niderland, İsveç, Macarıstan, Latviyadan, habelə Şərq Əməkdaşlığı ölkələrindən Gürcüstan, Moldova, Uktaynadan və üçüncü ölkələrdən Türkiyə, İsrail, İran və İsveçrədən olan film direktorları, muzey mütəxəssisləri, kuratorlar və incəsənət sahəsindəki tənqidçilər, rəssamlar və incəsənət fəallarından ibarətdir.  

 

Festival çərçivəsində bütün mədəniyyət tədbirləri içitimaiyyət üçün acıq olacaq.

 

Bu festival “İMAGINE-Avro Tolerantlıq" Festivalı və "FANTAZİYA" Mədəni irs Festivalından sonra ölkəmizdəki Avropa İttifaqı nümayəndəliyi tərəfindən maliyyələşdirilən və Avropa dəyərlərini və prinsiplərini təbliğ edən üçüncü böyük festivaldır. Avropa İttifaqının sponsorluğu ilə növbəti "FANTAZİYA" festivalı noyabrın 1-dən 15-dək keçiriləcək.

 

 

 

Festivalın proqramı -

(EN)

 

Languages:
Editorial Sections: