Nümayəndəlik Azərbaycandakı

Azərbaycanda azad və ədalətli seçkilər üçün vətəndaş iştirakçılığı

03/09/2019 - 10:11
Civil Society and Media

Layihənin əsas məqsədi Azərbaycanda azad və ədalətli seçkilər üçün vətəndaşların və vətəndaş cəmiyyəti təşkilatlarının hüquq və imkanlarının genişləndirilməsi və onların fəallığının artırılması olmuşdur.

 

Gözlənilən nəticələr / Əldə olunan nəticələr

 

  • Ən azı 24 min seçicidə seçki prosesləri barədə anlayış formalaşmış və maraq yaranmışdır;
  • Seçki ilə bağlı bilikləri əks etdirən onlayn portal www.seckiler.azhttps://www.facebook.com/electionAz/ Facebook səhifəsi hazırlanmışdır. 30 mindən artıq seçici qeyd edilən iki resurs vasitəsilə yayılmış maarifləndirici materiallar, təlimatlar, xəbərlər, informasiyalar, hesabatlar və təhlillərlə tanış olmaq imkanı əldə etmişdir;
  • Seçki ilə bağlı hər biri 1000 nüsxə olmaqla 6 tirajda xəbər bülleteni dərc edilmişdir. Xəbər bülletenləri vasitəsilə ən azı 10 min şəxs lazımi informasiya və rəylərlə tanış ola bilmişdir;     
  • 2 radio proqramı hazırlanaraq Asan Radio vasitəsilə yayımlanmışdır. Bu proqram vasitəsilə 150 mindən artıq vətəndaş Azərbaycanın seçki təcrübəsinə dair məsələlər barədə fikirlərlə tanış olmaq imkanı qazanmışdır;   
  • 31 seçki dairəsinin 100 seçki məntəqəsində seçici siyahılarının monitorinqi həyata keçirilmişdir;
  • Vətəndaşların/seçicilərin maarifləndirilməsi ilə bağlı 206 seminar keçirilmişdir. Nəticədə, 4265 vətəndaşda prezident seçkisi barədə anlayış formalaşmış və maraq yaranmışdır;
  • Gənc seçicilər arasında “Mən və Seçkilər” mövzusunda onlayn esse (inşa) müsabiqəsi keçirilmişdir;
  • Vətəndaş cəmiyyəti təşkilatlarının seçki məsələləri ilə bağlı güclü və zəif cəhətləri tədqiqat vasitəsilə üzə çıxarılmışdır;
  • Siyasət və hüquqi məsələlərlə bağlı 35, praktiki məsələlərlə bağlı 100-dən artıq tövsiyə hazırlanmışdır;

Redaksiya Bölmələri: