Nümayəndəlik Azərbaycandakı

Avropa Ittifaqı Azərbaycan uşaqları və gəncləri üçün icma əsaslı hərtərəfli dəstəyi təmin edir

13/06/2019 - 16:20
Uşaqlar üçünİdman tədbirləriAİ-nin maliyyələşdirdiyi layihələr

Bakı, 13 iyun 2019 – Bugün Avropa İttifaqının (Aİ) sosial baxımdan vəziyyəti həssas olan uşaq və gənclərin hüquqlarını müdafiə etmək üçün maliyyələşdirdiyi yeni layihənin açılışında Avropa İttifaqının Komissarı cənab Yohannes Han və UNICEF-in Azərbaycan nümayəndəsi cənab Edvard Karvard iştirak etmişlər. Avropa İttifaqının 3 milyon avro məbləğində vəsait ayırdığı bu layihə, səhiyyə, qidalanma, uşaqların erkən inkişafı (UEİ), inklüziv təhsil, sosial xidmətlər, uşaqların müdafiəsi və gənclərin inkişafı kimi sahələrdə icma və ailə-əsaslı yüksək səviyyəli sosial xidmətlərə əlçatımlığı dəstəkləyəcəkdir.

UNICEF-lə tərəfdaşlıqda həyata keçiriləcək yeni layihənin açılış mərasimi Azərbaycan Milli Paralimpiya Komitəsinin dəstəyi ilə baş tutmuşdur. Tədbirdə əlilliyi olan uşaqlar öz bacarıq və istedadlarını nümayiş etdirmişlər. Aİ layihəsinin mühüm hissəsi qızlara xüsusi diqqət yetirilməklə əlilliyi olan uşaqların idman sahəsinə cəlb edilməsindən ibarətdir.

 

''Avropa İttifaqı inklüziv icma-əsaslı fərdi dəstək xidmətləri göstərən vətəndaş cəmiyyəti təşkilatlarını (VCT) dəstəkləyir. Layihə üçün nəzərdə tutulan vəsaitin böyük hissəsi tərəfdaşlıq etdiyimiz VCT-lar vasitəsilə istiqamətləndiriləcək və onların Azərbaycanda həssas uşaq və gənclərlə gördüyü işlər dəstəklənəcəkdir", - deyə Aİ Komissarı vurğulayıb.

 

Layihə bütün ölkədə sosial baxımdan vəziyyəti həssas olan uşaqlara ən geniş çeşiddə dəstəyin göstərilməsi istiqamətində dövlət və özəl sektordan olan qurumlarla yanaşı işləyəcək dəyərli və etibarlı sayılan "üçüncü sektor" olaraq icma əsaslı təşkilatların inkişafına kömək edəcəkdir. Bu proses, bir neçə sektorda milli standartların yaradılmasına, vətəndaş cəmiyyətinin texniki və idarəetmə potensialının gücləndirilməsinə və VCT-ların iştirakı ilə ölkə və yerli səviyyədə təsiri yüksək olan, az xərcli xidmət və proqramların modelləşdirilməsinə də kömək edəcəkdir.

 

 

Ətraflı məlumat üçün əlaqə məlumatları: 

Gülnarə Bayramova, Mətbuat Katibi, Gulnara.BAYRAMOVA@eeas.europa.eu, tel: +99 412 497 20 63 (dax.844)

13/06/2019


151 saylı məktəb

Bakı
Azərbaycan

Editorial Sections:

Müəllif