Delegation of the European Union to Azerbaijan

2017-ci il Şərq Tərəfdaşlığı Sammiti: Güc birlikdədir

Bruxelles, 24/11/2017 - 21:39, UNIQUE ID: 171127_7
Press releases

Bu gün Brüsseldə 5-ci Şərq Tərəfdaşlığı Sammiti keçirilmişdir. Bu, Aİ-nın altı Şərq qonşusu ilə münasibətlərində son iki ildə əldə olunan nailiyyətləri qeyd etmək və vətəndaşlara konkret faydalar gətirəcək 2020-ci ilə 20 nəticə istiqamətində işləmək üçün gələcəyə nəzər salmaq anı idi.

Dövlət və ya Hökumət Başçıları səviyyəsində keçirilmiş Sammitdə Avropa Komissiyasının Prezidenti Jan-Klod Yunker və Avropa İttifaqının Hökumət və ya Dövlət Başçıları Şurasının Prezidenti Donald Tusk tərəfindən təmsil olunan Avropa İttifaqı qurumları, Avropa İttifaqına 28 Üzv Dövlət və altı Şərq tərəfdaşı, məhz Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova RespublikasıUkrayna bir araya gəlmişlər. Onları bir araya gətirən Aİ-nın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının Vitse-Prezidenti Federika Mogerini, Avropa Qonşuluq Siyasəti və İttifaqın Genişlənməsi ətrafında Danışıqlar üzrə Komissar Yohannes Haan və Ticarət üzrə Komissar Sesilia Malmstromdur.

 

Sammit iştirakçıları Sammitin Birgə Bəyannaməsini razılaşdırmışlar. Sammitlə paralel olaraq bir sıra sazişlərlə, o cümlədən Avropa İttifaqı ilə Ermənistan arasında yeni ikitərəfli sazişlə, Ermənistanla Ümumi Aviasiya Məkanı Sazişi, Şərq tərəfdaşları üçün Aİ-nın Trans-Avropa Nəqliyyat (TEN-T) şəbəkəsinin uzadılması ilə bağlı irəliləyiş əldə edilmişdir.

 

"Şərq Tərəfdaşlığı ilk əvvəl insanların tərəfdaşlığıdır. Onun məqsədi bütün ölkələrimizdə həyatı yaxşılaşdırmaq və cəmiyyətlərimizi bir-birinə yaxınlaşdırmaqdır. Onun məqsədi Avropa İttifaqında və şərqdəki qonşuluğumuzda insanların ortaq bölüşdüyü dəyərləri, prinsip və təşəbbüsləri qorumaqdır" Avropa Komissiyasının Prezidenti Jan-Klod Yunker bildirmişdir. "Bugünkü Sammitdə 2020-ci ilədək tamamlanacaq 20 konkret tədbirlər dəstini razılaşdırdıq. Şərq Tərəfdaşlığı vasitəsilə Avropa İttifaqı 10,000 iş yerinin açılmasına kömək etmiş, 20,000 insana təlim keçmiş, şirkətlərə 100,000 dəfə kredit vermişdir. Biz təmənnasız hüquqi xidmətlərə çatımlığı artırmışıq, nəqliyyat əlaqələrinə sərmayə qoymuşuq, gender bərabərliyini təşviq etmişik, minlərlə tələbənin Avropa ilə Şərq Tərəfdaşlığı regionu arasında gediş-gəlişinə kömək etmişik. 2020-ci ilə və ondan sonrakı zamana baxanda biz indi daha çox işləməliyik. Biz düzgün yoldayıq, gəlin işimizi başa çatdıraq."

 

Prezident Yunkerin birgə mətbuat konfrasında tam bəyanatına onlayn baxa bilərsiniz.

 

ŞT vətəndaşlara konkret faydalar gətirir: 2020-ci ilə 20 nəticə

Şərq Tərəfdaşlığının təməlində duran məqsəd vətəndaşların gündəlik həyatını yaxşılığa doğru dəyişməkdir. 2015-ci ildə Riqada keçirilmiş son Sammitdən sonra əməkdaşlıq dörd prioritet sahədə əsaslanmışdır:

  1. Daha güclü iqtisadiyyat: iqtisadi inkişaf və daha yaxşı bazar imkanları;

  2. Daha güclü idarəetmə: qurumların gücləndirilməsi və yaxşı idarəetmə;

  3. Daha güclü bağlantı: xüsusilə də nəqliyyat və enerji sahəsində bağlantıları artırmaq, eləcə də ətraf mühit və iqlim dəyişikliyi;

  4. Daha güclü cəmiyyət: mobillik və insanlar arasında əlaqələrin artması.

Bu prioritetlər çərçivəsində Avropa Ittifaqı, ona Üzv Dövlətlər və tərəfdaş ölkələr gələcək üçün aydın iş planı ilə 2020-ci ilədək əldə ediləcək iyirmi nəticəni bu gün təsdiq etmişlər. Buraya aşağıdakılardan daxildir:

  • Xüsusilə də ictimai kütlələrlə işləyən vətəndaş cəmiyyəti təşkilatlarının geniş şəkildə əhatə olunması və onlara hədəfli yardımın göstərilməsi;
  • Biznes fəaliyyətinin dəstəklənməsi və Beynəlxalq Maliyyə Qurumları ilə tərəfdaşlıqda yerli valyuta ilə kredit vermə;
  • Tərəfdaş ölkələrin Aİ və bir-biri ilə ticarət imkanlarından faydalanmaları üçün onların potensialının artırılması;
  • Enerjidən səmərəli istifadə sahəsində islahatlara dair öhdəliklər və xüsusi investisiyalar;
  • Tərəfdaş ölkələrin Aİ və bir-biri ilə birləşməsinə töhfə verən uzun müddətli investisiya qoyuluşu ilə 2030-cu ilədək daha yaxşı və təhlükəsiz nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi;
  • Rəqəmsal paket, o cümlədən tərəfdaş ölkələr arasında rominq qiymətlərinin müəyyən edilməsinin uyğunlaşdırılması və rominq tariflərinin azaldılması istiqamətində konkret addımlar, geniş zolaqlı internet şəbəkəsi üçün milli strategiyaların həyata keçirilməsi ilə internetə çıxışın daha asan və ucuz olması, və rəqəmsal sənayelərdə iş yerlərinin açılmasına dəstək;
  • Gənclər və təhsil üçün əhəmiyyətli həcmdə yeni dəstək paketi;
  • Şərq Tərəfdaşlığı üçün hərtərəfli yeni kommunikasiya yanaşması və strateji kommunikasiyanın aktivləşdirilməsi.

 

Sammit zamanı Şərq Tərəfdaşlığının da yenilənmiş çoxtərəfli institusional strukturu təsdiq olunmuşdur ki, bununla daha güclü siyasi istiqamət və əməkdaşlığımıza dair daha çox nəticə-yönümlü yanaşma nəzərdə tutulur.

 

Şərq Tərəfdaşlığı: nəticə əldə edən Tərəfdaşlıq

Şərq Tərəfdalığının (ŞT) 2015-ci ildə Riqada keçirilmiş son Sammitindən bəri Aİ ilə altı tərəfdaş ölkə arasında münasibətlər çərçivəsində əhəmiyyətli tərəqqi əldə edilmişdir. Gürcüstan, Moldova RespublikasıUkrayna ilə Assosiasiya Sazişləri, o cümlədən Dərin və Hərtərəfli Azad Ticarət Məkanları tam qüvvəyə minmiş, yeni çətinliklərin aradan qaldırılması, eləcə də iqtisadi inteqrasiya və ticarət sahəsində daha yaxın əməkdaşlıq üçün yeni imkanlar açılmışdır. Assosiasiya tərəfdaşı olan üç ölkə və Aİ arasında ticarət əhəmiyyətli dərəcədə artmışdır. Yeni təzələnmiş Assosiasiya Gündəlikləri bu Sazişlərin həyata keçirilməsini istiqamətləndirəcəkdir. 2014-cü ildən etibarən Moldova Respublikası ilə olduğu kimi, ciddi islahatlar dəstindən sonra Gürcüstan və Ukraynanın biometrik pasport sahibləri üçün Şengen məkanına vizasız səfərlər təmin edilmişdir.

 

Ermənistan, Azərbaycan və Belarusla da münasibətlər inkişaf etmişdir. Bu gün Avropa İttifaqı və Ermənistan Hərtərəfli və Genişlənmiş Tərəfdaşlıq Sazişini imzalamışlar. Bu yeni saziş Avropa İttifaqı ilə Ermənistanın daha yaxından işləməsi üçün şərait yaradacaqdır ki, məqsəd üzləşdiyimiz çətinlikləri aradan qaldırmaq, bizim üçün açılan imkanların əksəriyyətindən istifadə etməkdir. Azərbaycanla da yeni çərçivə sazişi ətrafında danışıqların aparılması istiqamətində yaxşı tərəqqi əldə edilmiş, Belarusla ilə münasibətlər də yeni təsis edilmiş Əlaqələndirmə Qrupu çərçivəsində irəliləmişdir. Üç ölkənin hər biri ilə gələcək Tərəfdaşlıq Prioritetləri bizim dəstəyin yeni strateji çərçivəsini müəyyən edəcəkdir. Ermənistanla Tərəfdaşlığın Prioritetləri razılaşdırılmış, Azərbaycan və Belarusla da Tərəfdaşlığın Prioritetləri müzakirə edilməkdədir.

 

Bu gün Aİ ilə Ermənistan arasında Ümumi Aviasiya Məkanı Sazişi də paraflandırılmışdır. Bununla hər iki tərəfin hava yolları şirkətlərinin bazara çıxışı artacaq, daha yaxşı bağlantılar təmin ediləcək, nəticədə səyahətçilərin seçimi artacaq, onlar daha yaxşı xidmətlərlə təmin olunacaq və gediş haqqı azalacaqdır. Avropa Komissiyasının Avropa üçün Aviasiya Strategiyasının bir hissəsi olan saziş həm də, məsələn, aviasiyanın mühafizəsi və təhlükəsizliyi sahələrində ümumi qanunvericilik bazasını müəyyən edəcəkdir. Əlavə məlumat üçün buraya baxın.

 

Nəqliyyat şəbəkələrinə qoşulmaq sahəsində Aİ ilə tərəfdaş ölkələr Aİ-nın Trans-Avropa Nəqliyyat (TEN-T) baza şəbəkəsinin Şərq Tərəfdaşlığı ölkələrinədək uzadılması üçün indikativ xəritələrə dair də razılaşmışlar ki, bu, nəqliyyatda bağlantıların artırılması və infrastrukturla bağlı ümumi prioritetlərin müəyyən edilməsi üçün təməl olaraq xidmət edir.

 

Şərq Tərəfdaşlığını geniş ictimaiyyət formalaşdırıb   

Sammit ərəfəsində vətəndaş cəmiyyəti, media, biznes şirkətlərinin, parlamentlər və digər iştirakçı tərəflərin cəlb olunduğu bir sıra əlavə tədbirlər də keçirilmişdir. Bu fəaliyyət onu göstərir ki, ŞT hökumətlərarası münasibətlərdən kənara çıxaraq, daha geniş ictimaiyyəti əhatə edir. 2017-ci ildə Sammit ərəfəsində aşağıda verilən əsas əlavə tədbirlər keçirilmişdir:

  • 3-cü Şərq Tərəfdaşlığı Gənclər Forumu (22-23 iyun 2017, Varşava). Gənclər siyasətinə dair bir sıra tövsiyyə qəbul edilmişdir.

  • 2-ci Şərq Tərəfdaşlığı Media Konfransı (13 sentyabr 2017, Kiyev)

Bax: Şərq Tərəfdaşlığı Media Konfransının informasiya vərəqəsi

  • Şərq Tərəfdaşlığı E-tərəfdaşlıq Konfransı (4 oktyabr 2017)

Bax: Şərq Tərəfdaşlığı E-tərəfdaşlığının informasiya vərəqəsi

  • Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Konfransı (25-26 oktyabr 2017, Tallin) Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 9-cu İllik Yığıncağı ilə birlikdə

Bax: Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətinin informasiya vərəqəsi

  • Şərq Tərəfdaşlığı Biznes Forumu (26-27 oktyabr 2017, Tallin)

Bax: Şərq Tərəfdaşlığı Biznes Forumunun informasiya vərəqəsi

Bax: Aİ-nın Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova RespublikasıUkraynada biznes fəaliyyətinə dəstəyi barədə informasiya vərəqələri

 

 

Əlavə məlumat:

5-ci Şərq Tərəfdaşlığı Sammitinin internet səhifəsi

5-ci Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatı

Şərq Tərəfdaşlığının 2020-ci ilə 20 nəticəyə dair informasiya vərəqəsi

Şərq Tərəfdaşlığı - əsas prioritetlər və nəticələrə yönələrək (Birgə heyətin iş sənədi)

Şərq Tərəfdaşlığının mifləri barədə informasiya vərəqəsi

5-ci Şərq Tərəfdaşlığı Sammitindən sonra birgə mətbuat konfransında Avropa Komissiyasının Prezidenti Jan-Klod Yunkerin bəyanatı

Pres Reliz: Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış vətəndaşlara konkret fayda gətirəcək yeni saziş

İnformasiya vərəqəsi: Aİ-Ermənistan arasında Hərtərəfli və Genişlənmiş Tərəfdaşlıq Sazişi

İnformasiya vərəqəsi: Ermənistanla Aviasiya Sazişi

Aİ-nın münasibətlərinə dair faktlar və rəqəmlər: Ermənistan; Azərbaycan; Belarus; Gürcüstan; Moldova Respublikası; Ukrayna

Avropa İttifaqının Nümayəndəliyinin internet səhifəsi: Ermənistan; Azərbaycan; Belarus; Gürcüstan; Moldova Respublikası; Ukrayna

Editorial Sections: