Nümayəndəlik Azərbaycandakı

Bakıda Tolerantlıq mövzusunda Festival başlamışdır

13/10/2017 - 13:55
News stories

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri, İsveçrə, Norveç, Moldova, Peru, İsrail, Meksika, Argentina, Kuba və Braziliya Səfirlikləri, Park Cinema, Landmark mehmanxanası, "United Cultures", Bakı Media Mərkəzi, YARAT ilə birgə əməkdaşlıqda və Türk Hava Yolları və ASAN radio 100 FM-in dəstəyi ilə ilk dəfə İMAGİNE Avro Tolerantlıq Festivalı keçirir. IMAGINE Avropa Tolerantlıq Festivalının məqsədi müxtəlif incəsənət nümunələri ilə mədəniyyətlərarası dialoq və tolerantlığın dəyərlərini təşviq etməkdir.

IMAGINE Avropa Tolerantlıq Festivalı Bakıda cari ilin 12-20 oktyabr tarixlərində keçiriləcəkdir. Bu, Azərbaycanda indiyədək keçirilmiş ən böyük beynəlxalq Festivallardan biri olacaqdır. Tolerantlığa daha çox diqqət yetirməklə, müxtəlif incəsənət janrları – kino, musiqi, rəqs və ifa vasitəsilə mövzu öz əksini tapacaqdır.  

 

"Fəxrlə deyirəm ki, Bakı 12-20 oktyabr tarixlərində tolerantlığın paytaxtına çevriləcəkdir. IMAGINE Avropa Tolerantlıq Festivalı üçüncü ölkədə Aİ tərəfindən dəstəklənən və təşkil olunan ilk festival olacaqdır. Tolerantlıq Günlərində gəlib mənə qoşulun", Aİ Nümayəndəliyinin Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri Səfir Kestutis Yankauskas dedi.

 

Festivalın proqramı çərçivəsində Aİ və Azərbaycandan olan yaradıcı insanlar arasında fikir mübadilələri, debatlar aparılacaq, görüşlər təşkil edilələk. Festival günlərində 34 film nümayiş etdiriləcək, Belçika, Latviya, Litva, Polşa, İsrail, eləcə də Azərbaycandan olan tanınmış film rejissorları, produser və aktorlarla 9 debat sessiyası keçiriləcək, ölkədə səfərdə olan musiqiçilərin iştirakı ilə 6 konsert, 2 seminar və 1 teatr tamaşası təşkil ediləcəkdir. 18 oktyabrda Festival çərçivəsində tolerantlıq mövzusunda İmagine Foto/Video müsabiqəsinin qalibləri mükafatlandırılacaqdır.

 

IMAGINE Avropa Tolerantlıq Festivalı iki məkanda keçiriləcəkdir: Landmark (Nizami küçəsi 90) və Park Cinema Flame Towers. Bütün filmlərə giriş pulsuz olacaqdır və "yer birinci gələnindir" prinsipi ilə xidmət göstəriləcəkdir. İmagine Festivalı digər sənədli film festivalları olan DokuBaku Sənədli Film Festivalı və Mitskeviç Fondu ilə Polşa Səfirliyi tərəfindən təşviq olunan "Sosial Dəyişiklik üçün Kino" ilə paralel keçiriləcəkdir.

 

IMAGINE Avropa Tolerantlıq Festivalı ilə DokuBaku Sənədli Film Festivalının, eləcə də Sosial Dəyişiklik üçün Kino Festivalının tam proqramını Aİ Nümayəndəliyinin internet səhifəsindən https://eeas.europa.eu/delegations/azerbaijan və ya Aİ Nümahəndəliyinin dəstəklədiyi www.sizinavropa.eu internet səhifəsindən əldə etmək olar.

 

Languages:
Redaksiya Bölmələri: