Nümayəndəlik Azərbaycandakı

BRÜSSELDƏ ŞƏRQ TƏRƏFDAŞLIĞI SAMMİTİNİ İŞIQLANDIRMAQ ÜÇÜN İSTEHSALAT DƏSTƏYİ VƏ ÖDƏNİŞSİZ SƏFƏR

13/10/2017 - 13:22
News stories

Oktyabrın 20-i saat 24:00-dan (CET) əvvəl müraciət etməli. OPEN Media Hub Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan olan jurnalistləri noyabrın 24-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitini işıqlandırmaq üçün mükəmməl istehsalat dəstəyinə və ödənişsiz səfərə dəvət edir. Tədbirin təfərrüatları ilə burada tanış ola bilərsiniz.

OPEN Media Hub noyabrın 23-də tədbir öncəsi brifinqi işıqlandırmağınızı, sammitdə iştirakınızı, noyabrın 25-də isə mükəmməl istehsal texnologiyaları üzrə mentorluğu təmin edəcək.

Bu proqramla maraqlanan jurnalistlərdən seçildikləri təqdirdə səfərdən əvvəl Aİ-nın onların ölkələrində fəaliyyətı və Şərq Tərəfdaşlığı Sammitinin aşağıdakı əsas mövzuları barədə material hazırlamaları tələb olunur.

  • daha güclü iqtisadiyyat: iqtasadi inkişaf və daha yaxşı bazar imkanları

  • daha güclü idarəçilik: insitutların və yaxşı idarəçəliyin gücləndirilməsi

  • daha güclü qarşılıqlı bağlar: nəqliyyat və energetika sahəsində qarşılıqlı bağların möhkəmləndirilməsi

  • daha güclü cəmiyyət: insanlar arasında əlaqələrin və mobilliyin artırılması.

Sammitdə Ermənistanın Aİ ilə Dərin və Hərtərəfli Tərəfdaşlıq Müqaviləsi ilə bağlı qərarı, Gürcüstan, Moldova və Ukraynanın Avropa istəklərinin Aİ tərəfindən tanınması kimi siyasi məsələlərə də toxunulacaqdır.

Tədbir zamanı yazılmış materiallar sizin təmsil etdiyiniz mediada və burada çap olunacaqdır.

İştirak üçün lütfən onlayn müraciət edin və aşağıdakıları təqdim edin:

  • Rəhbərlikdən sizin müraciətinizi dəstəkləyən, tədbir zamanı və sonrası yazılacaq materialların çap ediləcəyini bildirən dəstəkməktubu;

  • İşıqlandırmaq istədiyiniz mövzuların planı;

  • CV və motivasiya məktubu.

İştirakçıların son seçimi Aİ-nin sizin ölkənizdəki Nümayəndəliyi ilə məsləhətləşmə yolu ilə həyata keçiriləcəkdir.

Tədbir zamanı ustad jurnalistlərin mentorluğu, operator, redaktor və avadanlıq təmin ediləcəkdır.

OPEN Media Hub nəqliyyat, hotel, yemək və sığorta xərclərini, eləcə də Brüsselə vizaya ehtiyacı olan iştirakçıların viza xərclərini ödəyəcəkdir.

Languages:
Redaksiya Bölmələri: