Nümayəndəlik Azərbaycandakı

Avropa İttifaqının Azərbaycana yüksək səviyyəli səfəri

Baku, 31/01/2017 - 07:23, UNIQUE ID: 170131_11
Press releases

On 30 January 2017 Christian Danielsson, Director General for Neighbourhood Policy and Enlargement Negotiations in the European Commission and Thomas Mayr-Harting, Managing Director for Eastern Europe and Central Asia in the European External Action Service visited Azerbaijan to discuss EU-Azerbaijan relations with key interlocutors, including President of the Republic of Azerbaijan Ilham Aliyev, the Ministers of Foreign Affairs and Education and representatives of business and civil society. Discussions included Azerbaijan's economic diversification agenda and the EU's ongoing and future support for the government and civil society in this process. On the occasion of the joint visit, DG Christian Danielsson emphasised that "the EU is ready to bring substantial economic transformation experience and expertise to the country" while MD Thomas Mayr-Harting stressed that "Azerbaijan is an important partner for the EU with whom we look forward to broadening and deepening our cooperation in the near future".

30 yanvar 2017-ci il tarixində  Avropa Komissiyasında Qonşuluq və İttifaqın Genişlənməsi ətrafında Danışıqlar üzrə Baş Direktor Kristian Danielson və Avropa Xarici Fəaliyyət Xidmətində Avropa və Mərkəzi Asiya üzrə İcraçı Direktor Tomas Mayr Hartinq Azərbaycana səfər etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Xarici İşlər və Təhsil Nazirləri, biznes və vətəndaş cəmiyyəti nümayəndələri ilə Aİ-Azərbaycan arasındakı münasibətləri müzakirə etmişlər.

Müzakirələr Azərbaycan iqtisadiyyatının şaxələnməsi gündəliyi, Aİ-nın hökumətə və vətəndaş cəmiyyətinə bu prosesdə hazırda göstərdiyi və gələcəkdə göstərəcəyi yardım məsələləri daxil edirdi.

Birgə səfər münasibətilə Baş Direktor Kristian Danielson vurğulamışdır ki, "Aİ iqtisadi islahatlar sahəsində ölkəni zəngin təcrübə və ekspert məsləhət xidmətləri ilə təmin etməyə hazırdır", İcraçı Direktor Tomas Mayr Hartinq isə xüsusi olaraq nəzərə çatdırmışdır ki, " Azərbaycan Aİ üçün vacib tərəfdaşdır və onunla yaxın gələcəkdə əməkdaşlığı genişləndirməyi və dərinləşdirməyi səbirsizliklə gözləyirlər".

 

Languages:
Redaksiya Bölmələri: