Delegation of the European Union to Azerbaijan

Aİ-nin Azərbaycan üzrə nümayəndəliyi haqqında

11/05/2016 - 14:26
About us - structure and organisation

Aİ-nin Azərbaycan üzrə Nümayəndəliyi — fəaliyyəti,məqsədi və işçi heyəti.

Avropa Komissiyasının Nümayəndəliyi Azərbaycanda 2008-ci ilin fevral ayında açılmışdı.

Lissabon Sazişin qüvvəyə mindiyi gündən, 1 dekabr 2009-cu ildən başlayaraq, Avropa Komissiyasının Nümayəndəliyi Azərbaycandakı Avropa İttifaqı Nümayəndəliyinə çevrilmişdi.

Bakıdakı Avropa İttifaqı Nümayəndəliyi dünya  üzrə 140 Avropa İttifaqı Nümayəndəliklərdən biridir.  

Avropa İttifaqının Nümayəndəliyi diplomatik missiya statusuna malikdir və Avropa İttifaqını Azərbaycanda rəsmi şəkildə təmsil edir.

Avropa İttifaqı 27 Üzv Dövlətdən ibarət, 450 milyona yaxın əhalisi ilə dünyanın ən böyük ticarət blokudur.

Nümayəndəliyin mandatına aşağıdakılar daxildir:

  • Azərbaycanın hökumət qurumları ilə hərtərəfli əlaqələrin saxlanması, Aİ, onun qurumları və proqramları ilə bağlı məlumatlandırmanın artırılması yolu ilə Azərbaycanla Avropa İttifaqı arasında siyasi və iqtisadi münasibətlərin təşviq edilməsi;
  • Aİ ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq üzrə Sazişin icrasına nəzarət edilməsi;
  • Aİ-nın inkişafı ilə bağlı ictimaiyyətin məlumatlandırılması, Aİ-nın fərdi siyasətlərinin izah və müdafiə edilməsi;
  • Avropa İttifaqının yardım proqramlarında iştirak.

Peter Mixalko

Səfir

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri

 

Nümayəndəliyin Rəhbəri
Peter MİXALKO

 

Siyasi, İqtisadi, Mətbuat və İnformasiya Söbəsinin Rəhbəri 
Zoltan SZALAY

 

Əməkdaşlıq Söbəsinin Rəhbəri
Viktor BOJKOV

 

Maliyyə, Müqavilələr və Audit Şöbəsinin Rəhbəri
Luçia DI TROYA

 

İnzibati Şöbənin Rəhbəri 
Olivye KLEMENSAT

Languages:
Editorial Sections:

Author