Nümayəndəlik Azərbaycandakı

Aİ-nin Azərbaycan üzrə nümayəndəliyi haqqında

11/05/2016 - 14:26
About us - structure and organisation

Aİ-nin Azərbaycan üzrə Nümayəndəliyi — fəaliyyəti,məqsədi və işçi heyəti.

1 iyul 2013-cü il tarixində Avropa İttifaqının qanunlarına və standartlarına uyğunlaşmaq üçün bir dekada ərzində bütün lazimi təsisatları aparmış Xorvatiya Avropa İttifaqına 28-ci üzv dövlət kimi qoşuldu. Hazırda Aİ 500 milyon artıq olan əhalisi ilə dünyanin ən böyük ticarət blokudur.

Avropa Komissiyası Avropa İttifaqının təsisatlarından biridir, digərləri isə Avropa Parlamenti, Avropa İttifaqının Nazirlər Şurası, Şura, Aİ-nın Məhkəməsi, Avropa Mərkəzi Bankı və Auditorlar Məhkəməsidir.
Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyi 2008-ci ilin fevralında Bakının mərkəzində açılmışdır ki, bu, Avropa Komissiyasının dünya üzrə 130 Nümayəndəliyindən biridir. Nümayəndəlik Nizami küçəsi 96 ünvanında yerləşən Landmark III Biznes Mərkəzindəki ofisinə 2008-ci ilin oktyabr ayında köçmüşdü. Nümayəndəlik diplomatik missiya statusuna malikdir və Avropa Komissiyasını Azərbaycanda rəsmi şəkildə təmsil edir.

Nümayəndəliyin mandatına aşağıdakılar daxildir:

  • Azərbaycanın hökumət qurumları ilə hərtərəfli əlaqələrin saxlanması, Aİ, onun qurumları və proqramları ilə bağlı məlumatlandırmanın artırılması yolu ilə Azərbaycanla Avropa İttifaqı arasında siyasi və iqtisadi münasibətlərin təşviq edilməsi;
  • Aİ ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq üzrə Sazişin icrasına nəzarət edilməsi;
  • Aİ-nın inkişafı ilə bağlı ictimaiyyətin məlumatlandırılması, Aİ-nın fərdi siyasətlərinin izah və müdafiə edilməsi;
  • Avropa İttifaqının yardım proqramlarında iştirak.

 

Hörmətli ziyarətçi!

Sizi Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin internet saytında salamlayırıq! Bu saytın məqsədi sizi Aİ-Azərbaycan münasibətləri, ümumilikdə Aİ və xüsusilə Nümayəndəliyin fəaliyyəti ilə bağlı məlumatlarla təmin etmək və istiqamətləndirməkdir.

Azərbaycan 1990-cı ilin əvvəllərində müstəqilliyini bərpa edəndən bəri, Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətlər inkişaf edərək ortaq dəyərlərə və məqsədlərə əsaslanan yaxın və dinamik tərəfdaşlığa çevrilmişdir. Əməkdaşlıq mexanizmləri genişlənərək, siyasi dialoq, energetika, insan hüquqları, təhlükəsizlik, mədəniyyət, iqtisadi inkişaf və şaxələnmə, ticarət, nəqliyyat və ətraf mühit kimi geniş spektrli sahələri əhatə etmişdir. Aİ-nin layihələri və proqramları çərçivəsində regionların və kənd yerlərinin inkişafı, ədliyyə sistemi və təhsil kimi spesifik sektorlar üçün maliyyə dəstəyi təmin edilmişdir. Aİ Azərbaycanda həm hökumətin, həm də vətəndaş cəmiyyətinin ən böyük xarici qrant donorudur. 1992-ci ildən bəri, Avropa İttifaqının Azərbaycana ayırdığı ikitərəfli yardımın məbləği 600 milyon avronu keçmişdir.

Avropa İttifaqı Şurasının Prezidenti Donald Taskın 2015-ci ilin iyul ayındakı səfəri, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerininin 2016-cı ilin fevral ayındakı səfəri, eləcə də Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Yohannes Hanın 2017-ci ilin iyun ayındakı səfəri Aİ-nin münasibətlərimizin möhkəmləndirilməsi və genişləndirilməsi istəyinin bariz göstəriciləridir.

Azərbaycan və Avropa İttifaqı Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində siyasi əlaqələrin dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın sürətləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi kimi ortaq ambisiyaya malikdir. Hal-hazırda biz səylərimizi münasibətlərimizə yeni keyfiyyət qatacaq və insanlarımıza nəzərəçarpacaq əlavə fayda bəxş edəcək yeni kompleks müqavilə ilə bağlı danışıqlara yönəldirik.

Avropa İttifaqını Azərbaycanda təmsil etmək mənim üçün böyük şərəf və imtiyazdır. Ortaq maraqlara və ümumi dəyərlərə söykənərək, Aİ-Azərbaycan əməkdaşlığının genişləndirilməsi və möhkəmləndirilməsi üçün səylərimi əsirgəməyəcəyəm. Aİ-nin Azərbaycanda təmsil olunan Üzv Dövlətləri ilə birlikdə, biz Cənubi Qafqazda sülh, sabitlik və tərəqqi naminə Aİ-Azərbaycan tərəfdaşlığının genişlənməsinə kömək etməyə davam edəcəyik.

Sizi Aİ, onun Azərbaycanla münasibətləri və ölkədə həyata keçirdiyi tədbirlər barədə daha çox öyrənməyə dəvət edirəm. Aİ tərəfindən dəstəklənən bəzi layihələrin Azərbaycanda yaşayan insanların gündəlik həyat tərzini və iş vərdişlərini necə dəyişdiyini özünüz müəyyən edə bilərsiniz. Avropa Günləri, Avropa Şəhərciyi, avtobus turları, Avropa Film Festivalları və birinci “Imagine” Avropa Tolerantlıq Festivalı kimi, Aİ Nümayəndəliyi tərəfindən dəstəklənən müxtəlif mədəniyyət tədbirləri və akademik mübadilə imkanları ilə tanış olun. Aİ-nin mədəniyyət və akademik tədbirlərlə bağlı ən son məlumatları ilə tanış olmaq üçün Sizin Avropa.az, AvropadASAN, Erasmus Mundus Azerbaijan, Imagine Euro Tolerance Festival linklərinə baş çəkməyi unutmayın.

Buyurun, saytımızdan yararlanın və hər hansı suallarınız və ya şərhləriniz olarsa, heyətimizlə əlaqə saxlamağa tərəddüd etməyin. Fikir və rəylərinizi yüksək qiymətləndiririk!

 

Kestutis Yankauskas

Səfir

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri

Nümayəndəliyin Rəhbəri
Kestutis YANKAUSKAS

Siyasi, İqtisadi, Mətbuat və İnformasiya Söbəsinin Rəhbəri 
Denis DANİİLİDİS

Əməliyyatlar Söbəsinin Rəhbəri
Yerun VİLYAMS

Maliyyə, Müqavilələr və Audit Şöbəsinin Rəhbəri
Milena MİTEVOVA

İnzibati Şöbənin Rəhbəri 
Beatris LAPPART

Languages:
Redaksiya Bölmələri: