Aİ-nın maliyyə və texniki əməkdaşlıq proqramı Azərbaycanın islahat planını dəstəkləyir. Azərbaycanın region və şəhərlərində, geniş çeşidli sektorlarda çoxsaylı layihələr həyata keçirilməkdədir. Aİ-nın Azərbaycana yardımında diqqət əsasən enerji, kənd təsərrüfatı, ətraf mühitin qorunması, yaxşı idarəetmə, demokratiya və s. yetirilir.
Aİ-nın Azərbaycanda həyata keçirilən layihələrə maliyyə vəsaiti qrantlar, müqavilələr və getdikcə daha çox büdcə dəstəyi şəklində təmin olunur.
Əlavə məlumat üçün http://ec.europa.eu/europeaid/how/delivering-aid/budget-support/index_en.htm
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrin siyası burada verilib.