Nümayəndəlik Azərbaycandakı

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi "Dənizi birgə qoruyaq" devizi altında çimərliklərin təmizləməsini dəstəkləyir.

Baku, 27/09/2021 - 12:26, UNIQUE ID: 210927_7
Press releases

25 sentyabr tarixində Avropa İttifaqı (Aİ) Nümayəndəliyi Beynəlxalq Sahilyanı Təmizlik Günü münasibətilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə #EUBeachCleanup (Aİ Çimərliyin Təmizlənməsi) tədbirini keçirilib.

Avropa İttifaqına Üzv Dövlətlərin Səfirlikləri, Gənc Avropa Səfirləri, AzEkol şirkətinin nümayəndələri, məktəblilər və gənc könüllülər tədbirdə iştirak ediblər.

Tədbirdə Bakı şəhərinin Dübəndi qəsəbəsi dənizsahili ərazisində 6 ha ərazi plastik tullantılardan təmizlənib. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə həmin ərazidə tullantıların çeşidlənməsi üçün xüsusi konteynerlər yerləşdirilib.

Məqsəd Abşeron çimərliklərindən birinin sadəcə gözəl qalması və təmizlənməsi deyil, həm də media və ictimaiyyətin diqqətini dənizin çirklənməsi və plastik tullantılarla bağlı çətinliklərə cəlb etməkdir. 

Tədbir COVİD-19 pandemiyası qaydalarına uyğun olaraq təhlükəsiz şəkildə sosial məsafəyə riayət etməklə təşkil edilib.

Qeyd etmək lazımdır ki, hər il sentyabr ayında Avropa İttifaqı sahilyanı ərazilərin təmizlənməsi ilə bağlı #EUBeachCleanup məlumatlandırma kampaniyaları təşkil etmişdir. 2019-cu ildə Azərbaycan da daxil olmaqla, təxminən 80 ölkədə 40,000 nəfərdən artıq könüllü səfərbər olunub.

2021-ci ildə Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi və davamlılığına dair fəaliyyət kampaniyası olan ActNow ilə birləşiblər. Bu ilin əvvəlində #EUBeachCleanup aksiysı Dayanıqlı İnkişaf Məqsədlərinin nümunəvi təcrübəsi kimi tanındı.

Languages:
Redaksiya Bölmələri:

Müəllif