Nümayəndəlik Azərbaycandakı

Şəki-Zaqatala regionunun ənənəvi yeməkləri və kənd təsərrüfatı məhsulları qonaqlara təqdim edilib

Bakı, 06/09/2021 - 14:03, UNIQUE ID: 210906_9
Press releases

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadi və Social İnkişaf Mərkəzi, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi tərəfindən icra olunan “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində Şəkidə Qida Festivalı keçirilib.

Layihə ölkənin müxtəlif regionlarında vətəndaş cəmiyyəti təşkilatları tərəfindən icra olunan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrdən biridir və regionlarda yerli qida məhsullarının potensialının, eləcə də yerli kənd təsərrüfatı məsləhət xidmətlərinin keyfiyyətinin artırılmasını nəzərdə tutur.

Şəkidə, “Marxal” Müalicə İstirahət Kompleksində “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi tərəfindən təşkil olunan Qida Festivalının məqsədi yerli və xarici qonaqlar arasında yerli ənənəvi qidaların təşviqi və qonaqlar arasında regionun qida ənənələrinə diqqəti artırmaqdır. Festivalda Şəki, Zaqatala, Qəbələ, Oğuz, Qax və Balakən rayonlarının ənənəvi yeməkləri və yerli kənd təsərrüfatı məhsulları təqdim edilmişdir. Festivalda, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi, Avropa İttifaqı üzv ölkələrinin səfirlikləri, Milli Məclisin üzvləri, beynəlxalq təşkilatlar və regiondan maraqlı tərəflər olmaqla, 200-dən çox qonaq iştirak edib və regionun ənənəvi yeməklərini dada bilib.

Festivalın açılış nitqində Şəki Rayon İcra Hakimiyyətinin Başçısı Cənab Elxan Usubov qonaqları festivalda salamlayıb və Şəkidə festivalın təşkil olunmasının vacibliyini və turistlər və qonaqlar arasında yerli ənənəvi yeməklərin təşviqinin vacibliyini qeyd edib.

Avropa İttifaqı Azərbaycan Nümayəndəliyinin Əməkdaşlıq Şöbəsinin rəhbəri Cənab Viktor Bojkov qonaqları Avropa İttifaqı adından Festivalda salamlayaraq, Avropa İttifaqının kənd təsərrüfatı və aqro-turizmin inkişafı və xüsusi ilə Azərbaycan regionlarının ənənəvi qida irsinin təşviqində olan rolunu qeyd edib. Cənab Bojkov ənənəvi qida irsinin həm gəlirlərin diversifikasiyasında, həm də dayanıqlı qida sistemlərinə keçiddə oynaya biləcəyi rolu vurğuladı.

Cənab Vüqar Bayramov, layihənin aparıcı təşkilatı olan İqtisadi və Sosial İnkişaf Mərkəzinin Sədri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə haqqında ətraflı məlumat verdi.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi” layihəsinin məqsədi  yerli fermerlərin hərtərəfli və sahibkarlıq yönümlü məsləhət xidmətlərinə çıxışını yaxşılaşdırmaqla yerli məhsulların satışında və aqro-turizmin inkişafına kömək etməkdir.

Languages:
Redaksiya Bölmələri:

Müəllif