Avropa Komissiyasının Nümayəndəliyi Azərbaycanda 2008-ci ilin fevral ayında açılmışdı.  

Lissabon Sazişin qüvvəyə mindiyi gündən, 1 dekabr 2009-cu ildən başlayaraq, Avropa Komissiyasının Nümayəndəliyi Azərbaycandakı Avropa İttifaqı Nümayəndəliyinə çevrilmişdi.  

Bakıdakı Avropa İttifaqı Nümayəndəliyi dünya  üzrə 140 Avropa İttifaqı Nümayəndəliklərdən biridir.   

Avropa İttifaqı 27 Üzv Dövlətdən ibarət, 450 milyona yaxın əhalisi ilə dünyanın ən böyük ticarət blokudur. 

Fəaliyyətimiz

Nümayəndəliyin mandatına aşağıdakılar daxildir: 

  • Azərbaycanın hökumət qurumları ilə hərtərəfli əlaqələrin saxlanması, Aİ, onun qurumları və proqramları ilə bağlı məlumatlandırmanın artırılması yolu ilə Azərbaycanla Avropa İttifaqı arasında siyasi və iqtisadi münasibətlərin təşviq edilməsi.
  • Aİ ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq üzrə Sazişin icrasına nəzarət edilməsi.
  • Aİ-nın inkişafı ilə bağlı ictimaiyyətin məlumatlandırılması, Aİ-nın fərdi siyasətlərinin izah və müdafiə edilməsi.
  • Avropa İttifaqının yardım proqramlarında iştirak. 

Bizim ofis

Nümayəndəliyin Rəhbəri 

Marijana KUJUNDŽIĆ

Siyasi, Mətbuat və İnformasiya Söbəsinin Rəhbəri  

Qediminas VARANAVICIUS

Əməkdaşlıq Söbəsinin Rəhbəri 

Viktor BOJKOV

Maliyyə, Müqavilələr və Audit Şöbəsinin Rəhbəri 

Rafal LAPKOWSKI 

İnzibati Şöbənin Rəhbəri  

Joze-Mariya ROMERO-PRUCHE