Qrantlar

Qrantlar xarici yardım fəaliyyəti ilə məşğul olan üçüncü tərəflərə ianə kimi verilə bilər.

Qrant üçün necə müraciət etməli?

Qrantlarla bağlı tam sənədləşməni Komissiyanın Aİ-nın xarici yardım proqramlarını idarə edən və inkişaf məqsədilə göstərilən yardımın bütün dünyaya çatdırılmasını təmin edən EuropeAid əməkdaşlıq ofisinin internet səhifəsindən "onlayn" rejimində əldə etmək mümkündür.

Əməli təlimat Avropa Komissiyası tərəfindən maliyyələşdirilən xarici yardıma tətbiq edilən prosedurları izah edən işçi alətdir. Təlimatda qrantlarla bağlı xüsusi bölmə mövcuddur.

Qrant üçün müraciət etmək niyyətində olanlar PADOR-da (Potensial Ərizəçi haqda Məlumatın Onlayn Qeydiyyatı) qeydiyyatdan keçməli və Avropa Komissiyasının EuropeAid əməkdaşlıq ofisinin internet səhifəsində təkliflərin verilməsinə dəvətdən məlumat əldə etməlidirlər.

Son yenilənmə:
17/12/10
01/10/10
16/04/10