FAQ

Lissabon Sazişi nədir?
Avropa İttifaqı nədir?
Avropa İttifaqı ilə Avropa Şurası arasındakı fərq nədədir?
Aİ-nın 27 üzvünün olmasına baxmayaraq, Aİ-nın bayrağında niyə 12 ulduz var?
Tempus nədir?
ERASMUS MUNDUS nadir?
Trans-Sərhəd Əməkdaşlığı nedir?
İNOGATE nedir?
TRACECA nedir?

********************************

Lissabon Sazişi nədir?

Lissabon Sazişi Aİ və AK-nın cari müqavilələrini əvəz etmir, onlara dəyişikliklər təqdim edir. O, İttifaqı gələcək çağırışlara hazır olmaq və vətəndaşların tələblərinə cavab vermək üçün zəruri olan hüquqi çərçivə və alətlərlə təmin edəcəkdir.

Lissabon Sazişi 1 dekabr 2009-cu il tarixində qüvvəyə minmişdir. Bu hadisə Lissabon şəhərində Portuqaliya Hökuməti, İsveç Prezidentliyi və Avropa Komissiyası tərəfindən birgə təşkil olunmuş mərasimlə qeyd edilmişdir. Komissiya inanır ki, yeni saziş vətəndaşlara əhəmiyyətli mənfəətlər gətirəcək və yaxın gələcək üçün strukturla bağlı müzakirələri sonlandıracaqdır. Bu, Avropa İttifaqına öz diqqətini iqtisadi və maliyyə böhranının həllinə yönəltməyə və ekoloji baxımdan daha sağlam inkişaf üçün 2020-ci il strategiyasına uyğun addımlar atmasına imkan verəcəkdir.

Lissabon Sazişi Avropa vətəndaşlarının Avropa məsələlərində iştirakını və onların hüquqlarının xartiyada müəyyən edilməsini təmin edəcəkdir. Aİ enerji, iqlim dəyişikliyi, trans-sərhəd cinayət və immiqrasiya sahələrində ümidləri doğrultmaq üçün daha yaxşı təchiz olunacaqdır. O həmçinin beynəlxalq arenada da güclənəcəkdir.

Lissabon Sazişi vasitəsilə əldə olunacaq əsas müsbət irəliləyişlərə aşağıdakılara aiddir:

- daha demokratik, açıq və cavabdeh İttifaq – Avropa Parlamenti və milli parlamentlər Aİ-nın qərarvermə prosesində daha böyük rola malik olacaqlar və vətəndaşlar onların Nazirlərinin Aİ səviyyəsində nələr barəsində qərar verdiyini bilmək hüququna sahib olacaqlar. Bütün Avropa vətəndaşları təklif olunan Aİ qanunlarına təsir etmək imkanı əldə edəcəklər.

- daha səmərəli İttifaq – səmərəli və müəsirləşdirilmiş qurumlar vasitəsilə. Buraya qanun və qayda məsələlərinə dair qərarların tez və daha uyğunlaşdırılmış şəkildə verilməsi daxildir.

- Avropalılar üçün daha böyük hüquqlar– Aİ-nın dəyərləri və məqsədləri əvvəlki dövrdəkindən daha aydın şəkildə təyin ediləcəkdir. Fundamental hüquqlar xartiyasına Aİ sazişləri ilə eyni hüquqi status veriləcəkdir.

- daha mühüm qlobal iştirakçı – Aİ-nın xarici siyasətinin diplomatiya, təhlükəsizlik, ticarət və humanitar yardım kimi fərqli istiqamətləri arasında uyğunluğu artırmaq işinin bir hissəsi kimi yeni vəzifələr yaradılmışdır.

Bu müsbət irəliləyişlərlə İttifaq dəyişikliyi həyata keçirmək, Avropalıları daha təhlükəsiz və firavan etmək və onlara qloballaşmanı formalaşdırmaq imkanını vermək potensialına malik olur.

Lissabon Sazişinin Avropa vətəndaşları üçün faydalı olmasına dair 10 nümunə:

- Komissiyanın yeni təşəbbüs təklif etməsi üçün vətəndaşların ona müraciət etmək hüququ(“Avropa vətəndaşlarının təşəbbüsü”)

- Fundamental hüquqlar Xartiyasına verilən yeni status vasitəsilə vətəndaşların daha yaxşı müdafiə edilməsi

- Xaricə səfər edən və xaricdə yaşayan bütün Aİ vətəndaşlarının diplomatik və konsulluq müdafiəsi

- Aİ daxilində daşqın, meşə yanğınları kimi təbii və ya insanlar tərəfindən törədilən fəlakətlərlə bağlı qarşılqlı yardımın göstərilməsi

- Enerji siyasətinin trans-sərhəd səviyyədə göstərdiyi təsir, mülki müdafiə məsələləri ilə məşğul olmaq və trans-sərhəd səviyyədə sağlamalıq üçün yaranmış ciddi təhdidlərə qarşı mübarizə aparmaq üçün yeni imkanların açılması

- İnsanları sərhəddən gizli keçirən cinayətkar dəstələrlə mübarizə aparmaq üçün birgə tədbirlərin görülməsi

- Müxtəlif üzv dövlətlərə müxtəlif ərizələrin göndərilməsi ilə sığınacaq axtarışına yol verməmək üçün Birgə qaydaların olması

- Maliyyə vəsaitlərinin dondurulması yolu ilə terrorizmə qarşı mübarizə

- Avropa İttifaqında qərar qəbuletmə prosesinə dair daha demokratik yanaşma (Avropa Parlamentinin və milli Parlamentlərin rolunun gücləndirilməsi)

- Üçüncü ölkələrə təcili maliyyə yardımının göstərilməsi imkanı

Lissabon Sazişi ilə bağlı əsas mərhələlər:

- İyun 2007: Avropa Dövlət və Hökumət başçıları Şurası mövcud Sazişlərə düzəlişlər etmək məqsədilə Hökumətlərarası Konfransın keçirilməsi göstərişini verir

- İyul-Oktyabr 2007: Hökumətlərarası Konfrans

- Avropa Dövlət və Hökumət başçıları Şurasının 18-19 oktyabr 2007-ci il tarixində keçirilmiş qeyri-rəsmi iclasında təsdiq olunmuş Sazişin Təsdiqi

- 12 dekabr 2007: Fundamental Hüquqlar Xartiyasının Avropa Parlamentinin, Şuranın və Komissiyanın Prezidentləri tərəfindən bəyan edilməsi

- 13 dekabr 2007: Lissabonda yeni Sazişin imzalanması

- Dekabr 2007 – Noyabr 2009: bütün 27 Üzv Dövlətdə ratifikasiya prosedurlarının həyata keçirilməsi

- 1 dekabr 2009: - Sazişin qüvvəyə minməsi

Lissabon Sazişinin nüsxəsi http://europa.eu/lisbon_treaty ünvanında əldə oluna bilər.

Avropa İttifaqı nədir?

Avropa İttifaqı sülh və tərəqqi üçün birlikdə işləmək öhdəliyini götürmüş demokratik Avropa ölkələrinin yığıncağıdır. Bu, mövcud ölkələri əvəz etmək niyyətində olan Dövlət deyil, lakin hər hansı beynəlxalq təşkilatdan daha artıqdır. Aİ, faktiki olaraq, təkdir. Aİ-nın Üz Dövlətləri ümumi təsisatlar yaratmış və öz suverenliklərinin bir hissəsini bu təsisatlara ötürürlər ki, ümumi maraq kəsb edən xüsusi məsələlər barəsində qərarlar Avropa səviyyəsində demokratik şəkildə qəbul edilə bilsin. Suverenliyin bu şəkildə birləşməsi həmçinin “Avropa inteqrasiyası” adlanır.

Avropa İttifaqının tarixi kökləri İkinci Dünya Müharibəsinə gedib çıxır. Avropa inteqrasiyası ideyasının Avropada bu qətllərin və dağıntıların bir daha təkrarlanmasının qarşını alacağı güman edilirdi. Bu ideya ilk dəfə olaraq, Fransanın xarici işlər naziri Robert Şumanın 9 may 1950-ci il tarixli nitqində irəli sürülmüşdür. İndiki Aİ-nın “ad günü” sayılan bu tarix hər il Avropa Günü kimi qeyd olunur.
Aİ-nın hər biri xüsusi rol oynayan beş təsisatı var:

  • Avropa Parlamenti (Üzv Dövlətlərin əhalisi tərəfindən seçilir);
  • Avropa İttifaqının Şurası (Üzv Dövlətlərin hökumətlərini təmsil edir);
  • Avropa Komissiyası (hərəkətverici qüvvə və icraedici orqan);
  • Aİ Məhkəməsi (qanuna riayət olunmasını təmin edir);
  • Auditorlar Məhkəməsi (Aİ büdcəsinin etibarlı və qanunauyğun şəkildə idarə olunmasına nəzarət edir).

Bu təsisatlarla bərabər digər beş mühüm orqan da var:

  • Avropa İqtisadi və Sosial Komitəsi (mütəşəkkil vətəndaş cəmiyyətinin iqtisadi və sosial məsələlərlə bağlı fikirlərini ifadə edir);
  • Regionlar Komitəsi (regional və yerli hakimiyyətlərin fikrini ifadə edir);
  • Avropa Mərkəzi Bankı (pul-kredit siyasətindən və avronun idarə olunmasından cavabdehdir);
  • Avropa Ombudsmanı (hər hansı Aİ təsisatı və ya orqanının səhv idarə etməsinə dair vətəndaşların şikayətləri ilə məşğul olur);
  • Avropa İnvestisiya Bankı (investisiya layihələrini maliyyələşdirməklə, Aİ-nın məqsədlərinə nail olmasına yardım edir);

Bir sıra agentliklər və digər orqanlar sistemi tamamlayırlar.

Qanunun aliliyi Avropa İttifaqı üçün fundamentaldır. Aİ-nın bütün qərarları və prosedurları bütün Aİ ölkələri tərəfindən razılaşdırılmış Sazişlərə əsaslanır.

İlkin mərhələdə, Aİ sadəcə altı ölkədən ibarət idi: Belçika, Almaniya, Fransa, İtaliya, Lüksemburq və Hollandiya. Danimarka, İrlandiya və Böyük Britaniya 1973-cü ildə, Yunanıstan 1981-ci ildə, İspaniya və Portuqaliya 1986-cı ildə, Avstriya, Finlandiya və İsveç 1995-ci ildə Aİ-na qoşulmuşdular. 2004-cü ildə Aİ-nın tarixində ən böyük genişlənmə baş verdi ki, 10 yeni ölkə - Kipr, Çexiya Respublikası, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Slovakiya, Sloveniya, Bolqarıstan və Rumıniya 2007-ci ildə Aİ-na üzv oldular. Hazırda İttifaq 27 Üzv dövlətdən ibarətdir.

İlkin illərdə Aİ ölkələri arasındakı əməkdaşlığın əsas hissəsini ticarət və iqtisadiyyat təşkil edirdi, lakin hazırda Aİ vətəndaşların hüquqları, azadlığın, təhlükəsizliyin və ədalətin təmin olunması, iş yerlərinin yaradılması, regional inkişaf, ətraf mühitin qorunması, hamının qloballaşmadan faydalanması üçün şəraitin yaradılması kimi bizim gündəlik həyatımız üçün birbaşa əhəmiyyət daşıyan bir çox digər məsələlərlə məşğul olur.

Avropa İttifaqı yarım əsr ərzində sabitlik, sülh və tərəqqini təmin etmişdir. Qurum həyat səviyyəsinin yüksəlməsinə kömək etmiş, bütün Avropanı əhatə edən vahid bazar yaratmış, vahid Avropa valyutası avronu dövriyyəyə buraxmış və Avropanın dünyadakı səsini gücləndirmişdir.

Müxtəlifliyin birliyi: Avropa bir çox fərqli ənənə və dillərə, lakin eyni zamanda ümumi dəyərlərə malik olan qitədir. Aİ bu dəyərləri müdafiə edir. O, Avropanın insanları arasında əməkdaşlığı stimullaşdırır, birliyi təşviq etməklə yanaşı, müxtəlifliyi qoruyub saxlayır və qərarların mümkün olduğu qədər vətəndaşlara yaxın şəkildə qəbul edilməsini təmin edir.

21-ci əsrdə qarşılıqlı asılılığın artdığı dünyada, hər bir Avropa vətəndaşının digər ölkələrin insanlarına qarşı maraq, dözümlülük və onlarla həmrəylik ruhunda əməkdaşlıq etməsi daha da zəruri olacaqdır.

Avropa İttifaqı ilə Avropa Şurası arasındakı fərq nədədir?

Avropa İttifaqı və Avropa Şurası
Yaranması:
19501949
Üzv Dövlətlər
2746 (Azərbaycan daxil olmaqla)
Əsas Təsisatlar:
  • Avropa İttifaqının Şurası (üzv ölkələrin dövlət və ya hökumət başçılarının müntəzəm iclası)
  • Avropa Parlamenti
  • Avropa İttifaqının Nazirlər Şurası
  • Avropa Komissiyası
  • Avropa İttifaqı Məhkəməsi / Birinci İnstansiya Məhkəməsi
  • Auditorlar Məhkəməsi
  • European Ombudsman
  • Parlament Assambleyası
  • Nazirlər Komitəsi
  • Avropa İnsan Hüquqları Məhkəməsi
  • Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı
Əlavə Məlumat
http://ec.europa.eu/index_en.htmhttp://www.coe.int/

Aİ-nın 27 üzvünün olmasına baxmayaraq, Aİ-nın bayrağında niyə 12 ulduz var?

Aİ-nın bayrağı sadəcə Avropa İttifaqının deyil, həm də daha geniş mənada Avropanın birliyi və kimliyinin rəmzidir. Qızıl ulduzların dairəsi Avropanın insanları arasındakı həmrəyliyi və uyğunluğu təmsil edir. Ulduzların sayı Üzv Dövlətlərin sayı ilə bağlı deyil. Ulduzların sayı on ikidir, çünki bu rəqəm ənənəvi olaraq, mükəmməlliyin, tamlığın və birliyin rəmzidir. Bu səbəbdən, Aİ genişlənməsinə baxmayaraq, onun bayrağı dəyişməz olaraq qalır.

Tempus nədir?

Tempus proqramı (Universitet fənnləri üçün Trans-Avropa mobillik cədvəli) ali təhsilin müasirləşdirilməsini dəstəkləyir və Aİ-nı əhatə edən ölkələrdə əməkdaşlıq sahəsi yaradır. 1990-cı ildə Berlin Divarının sökülməsindən sonra yaradılmış bu proqram hazırda Qərbi Balkanlarda, Şərqi Avropa və Mərkəzi Asiyada, Şimali Afrika və Yaxın Şərqdə 27 ölkəni əhatə edir.

Tempus proqramı tərəfdaş ölkələrin ali təhsil müəssisələrinin Avropa universitetləri ilə təhsildə Avropa standartları sahəsində təcrübə mübadiləsi, bazar iqtisadiyyatına uyğun olan təhsil proqramlarının hazırlanması, müasir ədəbiyyatın təmin edilməsi, tədris bacarıqlarının səviyyəsinin artırılması üçün təlimlərin keçirilməsi, tələbələrin xaricdə təhsil alması, universitetlərin idarə olunmasının təkmilləşdirilməsi, universitetlərdə islahatların aparılması, universitetlərdə qeyri-professor-müəllim heyətinin hazırlanması ilə yeni informasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsinə əsaslanan əməkdaşlığını nəzərdə tutur.(Ətraflı məlumat üçün http://ec.europa.eu/tempus ünvanına müraciət edin.)

Azərbaycan 1995-ci ildən etibarən Tempus proqramında iştirak edir. Hər il Azərbaycan universitetləri Tempus proqramı üzrə 7 ilə13 arası layihə təklifi təqdim edirlər.

Hazırda, 16 universitet (dövlət və özəl) fərqli prioritet sahələri üzrə Tempus layihələrinə artıq cəlb olunublar. Regionlardakı 6 universitetdən 3-ü idarəetmə, mühəndislik və kənd təsəruffatı fənnləri sahələrində Tempus layihələrindən artıq faydalanıblar. Ümumilikdə, Tempus üzrə bilavasitə Azərbaycana hədəflənmiş 13 Birgə Avropa Layihəsi maliyyələşdirilmişdir. Hazırda, Azərbaycanın fərqli regionlarındakı universitetləri əhatə edən layihələrə üstünlük verilir. Tədris planının hazırlanması üzrə əhatə olunmuş prioritet sahələr bunlardır: mühəndislik (xüsusilə neft və qaz), ətraf mühit haqda elmlər, iqtisadiyyat, telekommunikasiya, informasiya texnologiyası və Avropaşünaslıq (Avropa İttifaqı haqqında).

Universitetlərin idarə olunması üzrə layihələrdə əsas diqqət keyfiyyətin təminatı, “özünü qiymətləndirmə” sistemləri və beynəlxalq əlaqələr üzrə ofislərin yaradılmasına yönəldilmişdir. Təsisat quruculuğu çərçivəsində, dövlət idarəçiliyi sahəsində təlimlər təmin olunmuşdur. Struktur və Tamamlayıcı Tədbir layihələrinə münasibətdə, keyfiyyətin təminatı və qiymətləndirmə sistemlərinin hazırlanması milli prioritetdir və 2006-cı ildə kefiyyətin təminatı sistemləri, akkreditasiya və lisenziyalaşdırma ilə bağlı iki layihə seçilmişdir.

Ətraflı məlumat üçün www.tempus-az.orgünvanına müraciət edin.

ERASMUS MUNDUS nadir?

Erasmus Mundus ali təhsil sahəsində əməkdaşlıq və mobillik proqramıdır. Proqramın məqsədi Avropada ali təhsilin keyfiyyətinin yüksəldilməsi və üçüncü ölkələrlə əməkdaşlıq yolu ilə insanlar və mədəniyyətlər arasında dialoqun və qarşılıqlı anlaşmanın təşviq edilməsidir. Erasmus Mundus proqramları:

  • Avropadan və hədəf seçilmiş Üçüncü Ölkələrdən olan universitetlər arasında qurumlararası əməkdaşlıq üzrə tərəfdaşlıqlar yaratmağı arzulayan ali təhsil qurumlarına;
  • Yuxarıda qeyd olunan birgə proqramlar və ya əməkdaşlıq üzrə tərəfdaşlıqlar çərçivəsində təlim/tədqiqat/tədris müddətindən keçmək istəyən fərdi tələbələr, tədqiqatçılar və universitetlərin işçi heyətlərinə dəstək təmin edir.

Proqram aşağıdakıları təklif edir:
1. Avropa və qeyri-Avropa universitetləri arasında birgə magistratura və doktorantura proqramları
2. Avropa və qeyri-Avropa ali təhsil qurumları arasında üzrə tələbə və alimlərin mobilliyi
3. Avropa ali təhsil sisteminin üstünlüyünün və cəlbediciliyinin dünya miqyasında təşviq olunması
Dəstək 3 tədbir vasitəsilə təmin olunur:
Tədbir 1 – təqaüd sistemi də daxil olmaqla, birgə magistratura və doktorantura proqramları
Tədbir 2 – təqaüdlər də daxil olmaqla, qeyri-Avropa ali təhsil mərkəzləri ilə tərəfdaşlıqlar (keçmiş Xarici Əməkdaşlıq Pəncərəsi)
Tədbir 3 – Avropanın ali-təhsil sisteminin təşviq olunması
Tədbir 1 –ali dərəcəli mühüm birgə proqramlar ən azı üç müxtəlif Avropa ölkəsindən olan universitetlərin konsorsiumu tərəfindən hazırlanır və icra olunur. Dünyanın başqa ölkələrindən olan universitetlər də konsorsiuma daxil edilə bilər. Bütün dünyadan olan tələbələr və alimlər təqaüdlər əldə edə bilərlər. Proqramlara ən azı iki universitetdə məcburi təhsil və araşdırma müddəti və iki, çoxsəviyyəli və ya birgə təhsil dərəcələri daxildir.

Tədbir 1 - üzrə aşağıdakılar təmin olunur:

  • Avropa və mümkün halda Üçüncü Ölkənin ali təhsil qurumlarının konsorsiumu tərəfindən təklif olunan yüksək keyfiyyətli birgə magistratura kurslarının (Tədbir 1A) və doktorantura proqramlarının (Tədbir 1B) dəstəklənməsi. Birgə proqramın mahiyyəti və nəticələrində maraqlı olan digər növ təşkilatlar da konsorsiumda iştirak edə bilərlər.
  • Üçüncü Ölkə və Avropa tələbələrinin/doktoranturaya namizədlərin Erasmus Mundus çərçivəsindəki bu birgə magistratura kurslarında və doktorantura proqramlarında iştirak etmələri üçün onlara təqaüdlərin/elmi işçi dotasiyalarının verilməsi.
  • Üçüncü Ölkə və ya Avropa alimlərinin birgə magistratura proqramlarının bir hissəsi kimi, tədqiqat və ya tədris tapşırıqlarını yerinə yetirmələri üçün onlara qısa müddətli təqaüdlərin verilməsi.

Tədbir 1 üzrə kursun Erasmus Mundus proqramı çərçivəsində tanınması və qəbul edilməsi üçün, bu kurs Avropa İttifaqının 27 Üzv Dövlətindən birinin, EEA-EFTA ölkələrinin (İslandiya, Lixtenşteyn, Norveç) və ya Aİ-na üzvlüyünə namizəd ölkələrin (Xorvatiya, Keçmiş Yuqoslav Respublikası Makedoniya və Türkiyə) tanınmış ali təhsil qurumlarının Konsorsiumu tərəfindən təklif olunmalıdır. Konsorsiuma ən azı münasib sayılan üç fərqli ölkədən olan üç fərqli ali təhsil müəssisəsi daxildir. Tədbir 1 çərçivəsində seçildikdən sonra, bu konsorsium üçüncü ölkənin ən azı bir ali təhsil qurumu ilə tərəfdaşlıq yarada bilər.

Tədbir 2 – tərəfdaşlıqlar elmi əməkdaşlığın, tələbə və alimlərin mübadiləsinin genişləndirilməsi, Aİ-nın xarici əməkdaşlıq siyasətində hədəf seçilmiş Aİ-na üzv olmayan ölkələrin sosial-iqtisadi inkişafına yardım edilməsi üçün əsas təşkil edir. Konsorsiuma ən azı 3 Avropa ölkəsindən minimum 5 ali təhsil qurumu və hədəf kimi seçilmiş qeyri-Avropa regionlarından bir sıra ali təhsil qurumları daxil olmalıdırlar. Həssas olan imkansız qruplara və əhaliyə xüsusi diqqət yetirilir.
Proqramın əsas xarakterik xüsusiyyətləri:

  • Dəyişən müddətli təqaüdlər (3 aydan 3 ilə qədər)
  • Bakalavr, magistratura, doktorantura və post-doktorantura tələbələrinə və ali təhsil müəssisəsinin heyətinə təqaüdlərin verilməsi (təlim, tədris, araşdırma fəaliyyəti)
  • Xüsusi proqramlara bağlı olmayan mobillik

Tədbir 3 – Avropa ali təhsil sisteminin dünyada cəlbedicliyini, nüfuzunu, statusunu, onun haqda məlumatlılığı artırır. Tədbirlər ali təhsilin təşviqatı, çıxış imkanlarını, keyfiyyətin təminatı, təhsil müəssisəsində kursun bitməsi haqda sertifikatın tanınması, ixtisasların qarşılıqlı tanınması, tədris planlarının hazırlanması və mobillik kimi bütün aspektlərinin beynəlxalq tərəfləri ilə bağlıdır. Tədbirlər Avropa ölkələrindən minimum 3 iştirakçı təşkilatdan və Üçüncü Ölkələrdən 2 təşkilatdan təşkil olunmuş və ali təhsil sahəsində fəal olan təşkilatların qarışıq şəbəkələri tərəfindən icra oluna bilər.

Əlavə məlumat üçünhttp://ec.europa.eu/erasmus-mundus

Trans-Sərhəd Əməkdaşlığı nedir?

Trans-Sərhəd Əməkdaşlığı (TSƏ) Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin (AQTA) əsas prioritetidir. Onun məqsədi Avropa İttifaqının xarici sərhəddi boyunca üzv dövlətlərlə tərəfdaş ölkələr arasında əməkdaşlığı gücləndirməkdir.

Avropa İttifaqı ilə sərhəddə yerləşən ölkələrlə əməkdaşlığın gücləndirilməsi perspektivində Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinə xüsusi olaraq trans-sərhəd əməkdaşlığına (TSƏ) hədəflənmiş komponent əlavə edilmişdir.

TSƏ-nin dörd əsas məqsədi var:

  • Sərhəd ərazilərində iqtisadi və sosial inkişafın təşviq edilməsi
  • Ümumi problemlərin həlli
  • Effektli və təhlükəsiz sərhədlərin təmin olunması
  • İnsanlar arasında əməkdaşlığın təşviq edilməsi

İki növ proqram yaradılmışdır:

  • Vahid sərhədə (və ya kiçik dəniz keçidinə) malik olan iki və ya daha artıq ölkə arasında torpaq sərhəddi üzrə proqramlar.
  • Dəniz hövzəsini əhatə edən çoxtərəfli proqramlar.

Avropa İttifaqının şərqi və cənubi xarici sərhədləri boyunca 2007-2013-cü illər arasındakı 7 illik dövrü əhatə edən və ümumi maliyyə vəsaiti 1,118,434 milyon Avro olan 15 TSƏ proqramı (bu proqramların 9-u torpaq sərhədlərini, 3-ü dəniz keçidlərini və 3-ü dəniz hövzəsini əhatə edir) yaradılmışdır. Trans-sərhəd əməkdaşlığı həmçinin Avropa Regional İnkişaf Fondu (ARİF) tərəfindən maliyyələşdiriləcəkdir.

Əlavə məlumat üçün: http://ec.europa.eu/europeaid/where/neighbourhood/regional-cooperation/enpi-cross-border/index_en.htm

İNOGATE nedir?

İNOGATE proqramı Avropa İttifaqı, Qara və Xəzər Dənizi sahili ölkələr və onlarla qonşu olan ölkələr arasında enerji sahəsində beynəlxalq əməkdaşlıq proqramıdır ki, iştirakçılar aşağıdakı dörd əsas məqsədə nail olmaq üçün birlikdə işləməyə razılıq əldə etmişdirlər:

  1. İştirakçı ölkələrin xüsusiyyətləri nəzərə alınmaqla, Aİ-nın daxili enerji bazarının prinsipləri əsasında enerji bazarlarınınuyğunlaşdırılması
  2. Enerji ixracı/idxalı, təchizatın diversifikasiyası, enerji tranziti və enerji tələbatı məsələlərinin həll edilməsi ilə enerji təhlükəsizliyinin artırılması
  3. Enerjidən səmərəli istifadə, bərpa olunan enerji və tələbatın idarə olunması da daxil olmaqla, davamlı enerji inkişafının dəstəklənməsi
  4. Ümumi və regional maraq kəsb edən enerji layihələrinə investisiyanın cəlb olunması.

İNOGATE Proqramında Avropa İttifaqını Avropa Komissiyasının üç Baş Direktorluğu təmsil edir:

İNOGATE Proqramında 12 Tərəfdaş Ölkəni enerji məsələlərindən cavabdeh olan müvafiq Nazirlikləri təmsil edir.

İNOGATE Proqramının əlaqələndirmə mexanizmi Kiyevdə yerləşən İNOGATE üzrə Texniki Katiblikdir.

İNOGATE Proqramı Enerji Yol Xəritəsində ifadə olunmuş bütün prioritet sahələri əhatə edir və enerji əməkdaşlığının inkişaf etdirilməsində Tərəfdaş Ölkələrə lazım olan dəstəyi təmin edir. İNOGATE Proqramı çərçivəsində həm müqavilə əsasında razılaşdırılmış İNOGATE layihələri, həm də İNOGATE üzrə Texniki Katiblik vasitəsilə həyata keçirilmiş tədbirlərə aşağıdakılar daxildir:
Aİ ilə Tərəfdaş Ölkələr arasında İnformasiya, Kommunikasiya, Təşviq etmə və Şəbəkələşmə:

  • Təşəbbüsün məqsəd və hədəflərinin təşviq edilməsi və hər iki tərəfin dialoqda fəal iştirakının təmin edilməsi
  • Networking relevant stakeholders in the Partner Countries, the EU and third parties such as donors, international financial institutions and stakeholders in the private sector
  • Tərəfdaş Ölkələrin, Aİ-dakı iştirakçı tərəflər və donorlar, beynəlxalq maliyyə qurumları və özəl sektorun iştirakçıları kimi üçüncü tərəfin şəbəkələşməsi
  • Məlumat xarakterli tədbirlərin təşkili
  • İnformasiya mübadiləsini asanlaşdıran internet portalın təmin edilməsi
  • Aİ və üçüncü tərəflərin münasib tədbirlərində Proqramın təqdim olunması
  • İnformasiya bülletenlərinin və informasiya xarakterli digər materialların yayılması

Tərəfdaş Ölkələrə aşağıdakı vasitələrlə Texniki yardımın göstərilməsi:

  • Enerji bazarlarının uyğunlaşdırılması, investisiyanın cəlb olunması, enerji təhlükəsizliyi, enerjidən səmərəli istifadə və bərpa olunan enerji sektoru kimi sahələrdə Aİ tərəfindən maliyyələşdirilən texniki yardım layihələrinin hazırlanması və icrası
  • Potensial quruculuğunun (məsələn, enerji bazarlarının uyğunlaşdırılması, enerjinin tənzimlənməsi və davamlı inkişaf prinsipləri) təşviq edilməsi
  • Dəstək xarakterli ilkin araşdırmaların (məsələn, müqayisəli təhlil) təmin edilməsi
  • Prioritet layihələrin müəyyən edilməsində Tərəfdaş Ölkələrin dəstəklənməsi
  • Providing links to other EU-funded bilateral technical assistance support instruments
  • Texniki yardım üzrə Aİ tərəfindən maliyyələşdirilən digər ikitərəfli alətlərlə (məsələn, Milli İndikativ Proqramlar, Tvininq Proqramları, TAİEX – Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti) əlaqənin təmin edilməsi.

Əlavə məlumat üçün: http://www.inogate.org/

TRACECA nedir?

Qədim Romalıların dediyi kimi "Via est Vita" - "Yol həyatdır". Avropadan Asiyaya ən qısa marşrut olan tarixi Böyük İpək Yolu Cənubi Qafqaz ölkələrinin ərazisindən keçir. İpək Yolunun cari Avrasiya intibahı TRASEKA proqramıdır. Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi. Bu, Avropa İttifaqının göstərdiyi yardım sayəsində mümkün olmuşdur ki, yeni müstəqil dövlətlərə göstərilən texniki yardım çərçivəsində xüsusi bir layihənnin - Avropa İttifaqının TRASEKA proqramının başlanğıcı qoyulmuşdur. TRASEKA dəhlizi boyu daşımaların həcmi ildən ilə artmaqdadır. TRASEKA tək konkret iqtisadi məqsədlərə deyil, eləcə də ölkələrin gələcək tarixinə və mədəniyyətinə də xidmət göstərir.

TRASEKA proqramı ona daxil olan ölkələrin iqtisadi inkişafının ayrılmaz hissəsi olub, qarşılıqlı inteqrasiya və səmərəli əməkdaşlığın əzəmətli alətidir.

Əlavə məlumat üçün:http://www.traceca-org.org/