Biz nə iş görürük

Avropa İttifaqı dünyanın demək olar ki, bütün ölkələri ilə diplomatik əlaqələri saxlayır. O, aparıcı beynəlxalq qüvvələrlə strateji əməkdaşlıq edir, dünyanın iqtisadi cəhətdən inkişaf edən ölkələri ilə sıx əlaqədədir və qonşuluğunda yerləşən ölkələrlə ikitərəfli əməkdaşlıq müqavilələri imzalamışdır. Avropa İttifaqı xaricdə səfirlik funksiyasına bənzər funksiya yerinə yetirən 141 Avropa İttifaqı Nümayəndələri şəbəkəsi ilə təmsil olunur.

Aşağıda Avropa maraqlarını müdafiə etmək və Avropa dəyərlərini yayımlamaq məqsədi ilə Avropa İttifaqının dünyada gördüyü işləri təsvir edən 10 nümunə verilib.

  1. Avropa İttifaqı Balkanlarda sabitliyi dəstəkləyir. İttifaq, sabit cəmiyyətlərin quruculuğu məqsədi ilə, yeddi ölkədə yardım layihələri maliyyələşdirir. Kosovo 1-də, qanunun aliliyinin təmin edilməsi üçün, Avropa İttifaqı 1900 nəfərlik hüquq-mühafizə və polis qüvvələri yerləşdirmişdir. Qərbi Balkan ölkələri, genişləndirmə siyasəti çərçivəsində İttifaqa üzvlüyə namizəd və ya potensial namizəd ölkərinə çevrilmişlər.
  2. Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, Birləşmiş Millətlər Təşkilatı və Rusiya ilə yanaşı, Yaxın Şərqdə sülhün bərqərar olunmasına təkan verən "Dördlüyün" üzvüdür. Fələstin-İsrail münaqişəsinin həlli, Avropa üçün strateji prioritet kəsb edir. Avropa İttifaqı münaqişənin "iki-dövlətli həllinin", yəni İsrail və qonşu ölkələr ilə yan-yanaşı mövcud müstəqil, demokratik, rəqabətə davamlı Fələstin dövlətinin tərəfdarıdır.
  3. Avropa İttifaqı "Avropa Qonşuluq Siyasəti" ölkələri ilə xüsusi imtiyazlar verən əlaqələr qurur. Belə siyasət, İttifaqın bütün tərəfdaş ölkələrində rifahın, təhlükəsizliyin və sabitliyin gücləndirilməsinə, habelə ərazisi genişləndirilmiş Avropa İttifaqı və Aralıq dənizi, Şərqi Avropa və Cənubi Qafqaz ölkələri arasında yeni "ayırıcı sərhədlərin" yaranmasına yol verilməməsinə imkan verir.
  4. Avropa İttifaqı iqlim dəyişmələri məsələsinə hərs olunmuş Kyoto protokolunun müzakirələrində önəmli rol oynayıb və dünyada yəqin ki, ən mütərəqqi və müfəssəl daxili karbon tullantıların ixtisarının gündəliyi ilə öyünə bilər. Avropa İttifaqı, bu problemin həllinə təkan verən aparıcı və əvəzedilməz tərəflərdən biri olaraq qalır. Avropa İttifaqı, iqlim dəyişiklərini hüquqi tənzimləyən saziş üçün koalisiyanın yaradılması məsələsini diqqət mərkəzində saxlayır.
  5. Avropa İttifaqı, Birləşmiş Millətlət Təşkilatı ilə bir sıra məsələlər üzərində sıx əməkdaşlıq edir. İttifaqın çoxtərəfliliyə inamı, "Lissabon Müqaviləsində" göstərilən, müzakirələr nəticəsində əldə olunmuş beynəlxalq qanunların mütləq tətbiqinə bağlılıq prinsipini əks etdirir. Avropa İttifaqı imkan daxilində gücün tətbiqi prinsipi üzərində qurulmuş siyasəti məhdudlaşdırmağa və ya qayda və normalara əsaslanan siyasətlə əvəz etməyə çalışır. Bununla, o beynəlxalq münasibətləri daxili qaydalarına uyğunlaşdırır, onları daha sülhsevər və öncədən təxmin oluna bilən etməyə çalışır.
  6. Avropa İttifaqı, Avropa və Africa ölkələrində, habelə bu ərazidən kənarda yerləşən Əfqanıstanda, əmin-amanlığın bərqərar olunması və təmininə yönəldilmiş hərbi, siyasi və mülki missiyaları idarə edir.
  7. Avropa İttifaqı insan hüquqları prinsipinə sadiqdir və həmin prinsipə dünyanın hər yerində əməl olunması üçün çalışır. İttifaq, insan hüquqlarına riayət olunması məsələsini üçüncü ölkələr ilə keçirdiyi siyasi dialoqlarda, öz inkişaf və yardım siyasətində və ya Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq təşkilatlarla birgə fəaliyyətində, öz xarici siyasətinin mərkəzi aspekti etmişdir.
  8. Avropa İttifaqı ölkələri xarici ticarət məsələlərində bir mövqedən çıxış edirlər və azad və ədalətli beynəlxalq ticarət prinsiplərini dəstəkləyirlər. Danışıqları vahid mövqedən apardığından, İttifaq önəmli təsir gücünə malikdir. Dünya üzrə idxalın və ixracın 19 faizi Avropa İttifaqına üzv olan 28 ölkənin payına düşür. Avropa İttifaqının texniki normaları dünya üzrə geniş tətbiq olunduğundan, o, tez-tez müzakirələrin şərtlərini təyin edir.
  9. Avropa İttifaqı tərəfdaşlarının sosial və iqtisadi inkişafını dəstəkləyir və onlara fövqəladə hallarla üzləşdikdə yardım edir. Avropa İttifaqı üzv ölkələri birlikdə inkişafa və humanitar yardıma vəsait ayıran ən böyük donor qurumudur. Bu ölkələrin ayırdığı vəsait, dünya üzrə inkişafa yardıma ayrılmış rəsmi vəsaitin 60 faizini təşkil edir.
  10. Avropa İttifaqı hazırda G-20 kimi qlobal beynəlxalq iqtisadi və maliyyə məsələlərinin idarəçiyi problemi ilə üzrəşir. O, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq maliyyə qurumlarını, beynəlxalq maliyyə sektorunun yenidən tənzimlənməsi istiqamətində apardığı islahatlar kimi səylərində dəstəkləyir. Vahid valyuta olan avro, Avropa Mərkəzi Bankı avropa zonasında əlavə təsir imkanları verir.