Müxbirlər üçün xidmətlər

Avropa İttifaqı və onun siyasətləri haqda məlumatlandırmanı artırmaq məqsədilə, Mətbuat və İnformasiya Bölməsi geniş çeşidli məlumat və kommunikasiya tədbirləri həyata keçirir. Bunlara Nümayəndəliyin internet səhifəsinin hazırlanması və onun saxlanması, nəşrlərin və broşuraların, audio-vizual məhsulların hazırlanması, Avropa İttifaqı və Aİ-Azərbaycan əlaqələri haqda daha çox məlumat əldə etməkdə maraqlı olan müxtəlif kütlələrin ehtiyaclarının təmin olunmasına yönəlmiş çoxsaylı tədbirlərdə mümkün iştirak daxildir.

Mətbuat və İnformasiya Bölməsi Aİ rəsmiləri ilə müsahibələr təşkil edir, Nümayəndəlikdə və Azərbaycanın regionlarında mətbuat konfransları, seminarlar və mətbuat brifinqləri keçirir, Aİ ilə bağlı olan tədbirlər haqqında press-relizlər dərc edir, mətbuatın Aİ qurumlarına səfərlərini təşkil edir.

Əlavə məlumat və ya xüsusi müraciətlə bağlı Mətbuat və İnformasiya bölməsinin işçi heyəti ilə Delegation-Azerbaijan@eeas.europa.eu ünvanında əlaqə saxlayın.