İnsan haqları

İnsan haqları, demokratiya və qanunun aliliyi Avropa İttifaqının təməl dəyərləridir.

Ümumdünya İnsan Haqları Bəyannaməsində tələb olunduğu kimi və 1993-cü il Dünya Konfransında İnsan Haqlarında təsdiq olunduğu kimi Aİ, bütün insan haqlarına – istər mülki, istərsə də siyasi, iqtisadi, ictimai, yaxud mədəni – hər yerdə hörmət edilməsini təmin etməyi qarşısına məqsəd qoymuşdur. O, həmçinin qadın və uşaqların, azlıqlara mənsub şəxslərin, habelə məcburi köçkünlərin hüquqlarını təşviq edir.

Aİ üçün hüquqi və təşkilati bazanı müəyyən edən Lissabon Sazişində İttifaqın aşağıdakı prinsiplər əsasında idarə edilməsi aydın şəkildə ifadə edilmişdir: demokratiya, qanunun aliliyi, insan haqlarının və əsas azadlıqların ümumiliyi və ayrılmazlığı, insan ləyaqətinə, bərabərlik və həmrəylik prinsiplərinə hörmət, Birləşmiş Millətlər Təşkilatı Xartiyasının və beynəlxalq hüququn prinsiplərinə hörmət. Bu prinsiplər, Aİ-nın bütün bu hüquqları bir mətndə ehtiva edən Əsas Hüquqlar Xartiyası ilə möhkəmləndirilmişdir.

Ümumilikdə, Aİ-da insan haqları ilə bağlı yaxşı göstəricilər qeydə alınsa da, bu, arxayınlıq üçün əsas deyil. İttifaq irqçilik, ksenofobiya, habelə din, cins, yaş, əlillik və cinsi təmayül kimi digər diskriminasiya növləri ilə mübarizə aparır. Aİ-nı xüsusilə narahat edən sığınacaq və miqrasiya ilə bağlı insan haqlarıdır.

İttifaq insan haqlarına və demokratiyaya dəstəyi özünün xarici əlaqələr siyasətinin mərkəzi məsələsinə çevirmişdir. Bununla əlaqədar olaraq geniş miqyaslı proqramlar və fəaliyyətlər həyata keçirilir, o cümlədən:

İnsan haqları və demokratiyaya dəstək, hazırda siyasi kursu müəyyən edən prosesləri və bu kursun həyata keçirilməsi zamanını daima nəzərə alır. Məsələn, bütün ticarət və əməkdaşlıq sazişlərində tərəflər arasında münasibətlərdə insan haqlarının vacib element olmasını şərt qoyan bənd mövcuddur.

Bütün dünya üzrə insan haqlarını təşviq etməkdə yerli və beynəlxalq QHT-lərə köməklik məqsədilə 2007-2013-cü illər üçün Demokratiya və İnsan haqları üzrə Avropa Təşəbbüsü ( EIDHR ) çərçivəsində Aİ maliyyələşdirmə sistemi vasitəsilə ayrılmış 1,1 milyard avroya yaxın vəsaitdən də yararlanmaq mümkündür.