Qrantlar

Qrantlar xarici yardım fəaliyyəti ilə məşğul olan üçüncü tərəflərə ianə kimi verilə bilər.

Qrant üçün necə müraciət etməli?

Siz qrant və müqavilələr barədə bütün məlumatı EuropeAid-ın İnternet səhifəsində tapa bilərsiniz. Bu, Avropa İttifaqının inkişaf məsələləri ilə məşğul olan şöbəsidir. Şöbə Aİ-nın göstərdiyi xarici yardımı idarə edir və yardımın çatdırılmasını təmin edir.

Əməli təlimat Avropa Komissiyası tərəfindən maliyyələşdirilən xarici yardıma tətbiq edilən prosedurları izah edən işçi alətdir. Təlimatda qrantlarla bağlı xüsusi bölmə mövcuddur.

Qrant üçün müraciət etmək niyyətində olanlar PADOR-da (Potensial Ərizəçi haqda Məlumatın Onlayn Qeydiyyatı) qeydiyyatdan keçməli və Avropa Komissiyasının EuropeAid əməkdaşlıq ofisinin internet səhifəsində təkliflərin verilməsinə dəvətdən məlumat əldə etməlidirlər.

Son yenilənmə:
16/12/15
11/11/15
28/10/15
01/10/10
16/04/10